Karyerasını “Parlaq bankçılıq”da inkişaf etdirmək istəyən namizədlərimiz üçün hazırda Daxili audit departamentində Auditor / Aparıcı auditor vakansiyalarını elan edirik.
Siz elektron poçtun “mövzu” yerinə “Auditor” qeyd etməklə öz CV-lərinizi [email protected] ünvanına da göndərə bilərsiniz.
Struktur: Daxili audit departamenti
Vəzifə: Auditor / Aparıcı auditor
Bilavasitə tabeçiliyi: Departament direktoru
Vəzifə öhdəlikləri:
- Mövcud proseslərin qanunvericilik və bankdaxili qaydalar əsasında təhlili və qeydiyyatının aparılması;
- Cari tariflər və qaydalar üzrə kənarlaşmaların müəyyən olunması və onların səbəblərinin araşdırılması;
- Müxtəlif istiqamətlərdə qəfləti yoxlamaların aparılması;
- Müvafiq proseslər üzrə risklərin müəyyənləşdirilməsi və qiymətləndirilməsi;
- Müvafiq proseslər üzrə tətbiq olunmuş nəzarət tədbirlərinin effektivliyinin qiymətləndirilməsi;
- Aparılmış yoxlamalara dair hesabatların hazırlanması;
- Daxili Auditorlar Institutunun və Bankın etika məcəlləsinə riayət olunması;
- DAD fəaliyyətinin qaydalarına uyğun olaraq audit fəaliyyətinin həyata keçirilməsi;
- DAD əməkdaşları və zəruri olduqda Bankın digər əməkdaşları üçün müvafiq mövzularda təlimlərin həyata keçirilməsi;
- Audit fəaliyyətinə aid qanunvericilik və beynəlxalq praktikada qəbul olunmuş digər vəzifələrin həyata keçirilməsi.
Tələblər:
- Bankın dəyərlərinə uyğun işlərin təşkili;
- Müvafiq istiqamət üzrə Azərbaycan Respublikasının qanunlarını, bankdaxili normativ sənədləri bilməli;
- Vətəndaş qüsursuzluğuna malik olmaq;
- Ali iqtisadi və ya hüquqi təhsil;
- Bank sahəsində azı iki illik iş təcrübəsi;
- Analitik düşünmə qabiliyyəti;
- MS Office proqramlarında işləmə bacarığı;
- Komanda ilə işləmə qabiliyyəti, ünsiyyət bacarığı;
- Yeni vəziyyətə, məlumata və çətinliklərə adaptasiya olma bacarığı;
- Yüksək qavrama, öyrənmə və insanları inandırma qabiliyyəti;
- İşdə dəqiqlik və detallara fikir vermə qabiliyyəti.
Biz Sizə nə təklif edirik:
- Öz bilik və bacarıqlarınızı nümayiş və inkişaf etdirmək üçün rahat iş şəraiti;
- Performansın illik qiymətləndirməsi və gələcək karyeranızın qurulması üçün geniş imkanlar;
- Sığorta proqramına qoşulma imkanı;
- Müasir idarəetmə sistemi və mehriban kollektiv.
İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq.
Zəhmət olmasa CV-ni mövzu hissəsində vakansiyanı qeyd edərək [email protected] elektron ünvanına göndər
CV göndər