Yelo-dan çoxfunksiyalı mobil əlavə

Digər vakansiyalar

Kiçik və orta biznes müştəriləri üzrə Kiçik mütəxəssis / Mütəxəsssis / Aparıcı mütəxəssis / Baş mütəxəssis

Şəhər

Bakı

Kateqoriya

Kiçik və orta biznes kreditlərin satışı

Karyerasını “Parlaq bankçılıq”da inkişaf etdirmək istəyən namizədlərimiz üçün hazırda Kiçik və orta biznes müştəriləri üzrə Kiçik mütəxəssis / Mütəxəsssis / Aparıcı mütəxəssis / Baş mütəxəssis vakansiyalarını elan edirik. Gələcək karyera imkanlarınızı doğru şəkildə qurmaq istəyirsinizsə, Yelo bank Sizə bu arzunuzu reallasdırmağa dəstək olacaq.   

Vəzifə öhdəlikləri:

•    Biznes müştərilərin bankın məhsul və xidmətlərinin xüsusiyyətləri və üstünlükləri barədə məlumatlandırılması;
•    Bankın məhsul və xidmətlərinin biznes müştərilərə satışının həyata keçirilməsi;
•    Digər bank məhsullarını bilmək və onları öz potensial müştərilərinə tövsiyyə etmək, müştərinin məhsullarla maraqlandığı təqdirdə onu həmin məhsul üzrə məsul mütəxəssisin müvafiq departamentinə müşaiyət etmək;
•    Biznesin olduğu yerə məcburi baxış (tələb olunursa) keçirilməklə və maliyyə-təsərrüfat fəaliyyəti qiymətləndirilməklə potensial müştərilərin maliyyə-iqtisadi təhlilinin aparılması;
•    Banka həm kredit, həm də qeyri kredit məhsulları üzrə yeni müştəriləri cəlb etmək, fərdi kredit və qeyri-kredit portfelini yaratmaq və onun yüksək keyfiyyətini qoruyub saxlamaq.

Tələblər:

•    Azərbaycan dili (Rus və İngilis dilləri arzu olunandır)
•    Ali təhsil (İqtisadi və riyazi təhsilə üstünlük veriləcəkdir)
•    Bank işi ilə bağlı sertifikatlar arzu olunandır
•    Microsoft Office proqramlarından (Word, Excel, PowerPoint) istifadə etmək bacarığı
•    Maliyyə və mühasibatlıq hesabatları formaları üzrə biliklər, onları təhlil etmək və kollegial orqanlara təqdim etmək üçün zəruri analitik materialların hazırlanması bacarığı arzu olunandır

Biz Sizə nə təklif edirik:

•     Öz bilik və bacarıqlarınızı nümayiş və inkişaf etdirmək üçün rahat iş şəraiti;
•     Müasir idarəetmə sistemi, innovativ və mehriban kollektiv;
•     Tibbi sığorta proqramına qoşulma;
•     Yığım sığortasına qoşulma imkanı.

Siz elektron poçtun “mövzu” yerinə “KOB” qeyd etməklə öz CV-lərinizi [email protected] ünvanına göndərə bilərsiniz.

Komandamıza qoşulmağa hazırsan?

Zəhmət olmasa CV-ni mövzu hissəsində vakansiyanı qeyd edərək [email protected] elektron ünvanına göndər

CV göndər
CV göndər
CV faylını yüklə

Faylı seç və ya buraya at (pdf, doc)

Yelo-dan çoxfunksiyalı mobil əlavə