Yelo-dan çoxfunksiyalı mobil əlavə

Digər vakansiyalar

Baş hüquqşünas

Karyerasını “Parlaq bankçılıq”da inkişaf etdirmək istəyən namizədlərimiz üçün hazırda Hüquq departamentində Baş hüquqşünas vakansiyasını elan edirik.

Vəzifə öhdəlikləri:

  •  Bankdaxili təlimat, qayda, prosedurların hüquqi ekspertizasını həyata keçirərək rəy vermək;
  •  Departamentin fəaliyyəti ilə bağlı olan bankdaxili təlimat, qayda və iş prosedurların layihəsini və bu normativ sənədlərin təkmilləşdirilməsi ilə bağlı təkliflər hazırlamaq, aidiyyəti struktur bölmələr ilə razılaşdırmaq və təqdim etmək;
  •  Bankdaxili qəbul edilmiş qərarlardan irəli gələn vəzifələri, əmr, sərəncam və göstərişləri yerinə yetirmək;
  •  Bankdaxili tələbdən asılı olaraq filial, şöbə müdirlərinə və digər əməkdaşlara Bankın adından çıxış etmək səlahiyyətini verən etibarnamələrin vermək, vaxtlı-vaxtında bu etibarnamələrin dəyişdirilməsini təmin etmək;
  •  Bankdaxili qaydalara uyğun olaraq, Bankın fəaliyyətilə bağlı bağlanan bütün əqdlərin, o cümlədən beynəlxalq müqavilələrin və sazişlərin hüquqi ekspertizasını həyata keçirərək rəy vermək və Bankın maraqlarına cavab verməsini təmin etmək;
  •  Bankın filial, şöbə və nümayəndiklərinin açmaq, sonrakı dəyişiklikləri və bağlanmasını müşayiət etmək;
  •  Bankın bütün struktur bölmələrinə hüquqi yardım göstərmək və qanunvericilikdə baş vermiş əlavə və dəyişikliklər barəsində onları məlumatlandırmaq;
  •  Banka daxil olan sorğularının cavablandırılmasını təmin etmək;
  •  Bankın maliyyə, təsərrüfat və hüquqi fəaliyyətilə bağlı hüquq-mühafizə, vergi orqanları və digər təşkilatlarla münasibətlərdə qarşıya çıxan hüquqi məsələlərin həllində
  • Bank adından çıxış etmək və mənafeyini qorumaq;
  •  Bankın fəaliyyətinin metodoloji bazasını hüquqi cəhətdən müşayiət etmək;
  •  Bankdaxili əsasnamə, prosedur, qayda və təlimatların, habelə digər bankdaxili sənədlərin hüquqi ekspertizasını həyata keçirmək.

Tələblər:

  •  Münasibət qurmaq bacarığı;
  •  Komanda işləmək bacarığı;
  •  İşgüzar ünsiyyət bacarığı;
  •  Stres altında işləmək bacarığı;
  •  Detallara diqqət etmək bacarığı;
  •  Vaxtın düzgün idarə edilmə bacarığı;
  •  Problemlərin həlli etmək;
  •  Analitik düşüncə;
  •  Rus və ingilis dilini yaxşı səviyyədə bilmək (yazı və danışıq)

Biz Sizə nə təklif edirik:

  •  Öz bilik və bacarıqlarınızı nümayiş və inkişaf etdirmək üçün rahat iş şəraiti
  •  Performansın illik qiymətləndirməsi və gələcək karyeranızın qurulması üçün geniş imkanlar
  •  Könüllü tibbi sığorta proqramına qoşulma
  •  Yığım sığortasına qoşulma imkanı
  •  Müasir idarəetmə sistemi və mehriban kollektiv

Tələblərə cavab verdiyiniz halda, elektron poçtun mövzu yerinə “Baş hüquqşünas” qeyd etməklə [email protected] ünvanına mürəciət etməyiniz xahiş olunur
 

Komandamıza qoşulmağa hazırsan?

Zəhmət olmasa CV-ni mövzu hissəsində vakansiyanı qeyd edərək [email protected] elektron ünvanına göndər

CV göndər
CV göndər
CV faylını yüklə

Faylı seç və ya buraya at (pdf, doc)

Yelo-dan çoxfunksiyalı mobil əlavə