Digər vakansiyalar

Bisnez Risklərinin İdarəedilməsi Departamentində Girov Əmlakının Qiymətləndirilməsi şöbəsində Mütəxəssis

Karyerasını “Parlaq bankçılıq”da inkişaf etdirmək istəyən namizədlərimiz üçün hazırda “Bisnez Risklərinin İdarəedilməsi Departamentində Girov Əmlakının Qiymətləndirilməsi şöbəsində Mütəxəssis” vakansiyasını elan edirik.

Vəzifə öhdəlikləri:

  • Girovun təminatı kimi təklif olunan və ya bankın mülkiyyətində olan daşınmaz əmlakların ekspertizası
  • Girov kimi təqdim edilən əmlakın eyniləşdirilməsi, texniki və mülkiyyət sənədləri ilə uyğunsuzluqların aşkar edilməsi, texniki qüsurların və qiymətə təsir edə biləcək digər amillərin müəyyənləşdirilib təhlil edilməsi;
  • Girov predmeti olan əmlakın həqiqi bazar və asan satış (likvid) qiymətinin təyin edilməsi;
  • Bankın daxili qaydalarında nəzərdə tutulduğu halda təminat kimi çıxış edən obyektə baxış keçirilməsi və şəkillərin çəkilməsi, girovun təqdim olunan sənədlərə uyğunluğunun və texniki göstəricilərinin yoxlanılması;
  • Təqdim olunan əmlakın likvidlik dərəcəsinin təhlil olunması;
  • Keçirilən ekspertiza haqda hesabatların hazırlanıb təqdim olunması (qiymətləndirmə aktı);
  • Bankdankənar müstəqil qitmətləndirici şirkətlər tərəfindən təqdim olunan aktların təhlil olunması və yekun hesabatların hazırlanıb təqdim olunması;
  • Girov qoyulmuş əmlakların hər il təkrar qiymətləndirilməsi və monitorinq olunması;
  • Təqdim edilən kredit sifarişlərinin reyestrdə qeydiyyatının aparılması;
  • Analitik hesabatlar yaradılması məqsədi ilə hesabatların hazırlanması;
  • Birbaşa rhəbərin tapşırığı ilə digər tapşırıqlarının yerinə yetirilməsi.

Tələblər:

  • Bankın dəyərlərinə uyğun işlərin təşkili;
  • Ali təhsil;
  • Aidiyyatı sahə üzrə (maliyyə təşkilatlarının qiymətləndirmə şöbəsində və ya qiymətləndirmə şirkətlərində təcrübə) 3 il iş təcrübəsi;
  • Aidiyyatı sahə üzrə sertifakatların (diplomların) olması arzuolunandır;
  • Yüksək dərəcədə analitik qabiliyyət;
  • Səmərəli ünsiyyətqurma bacarığı;
  • Komanda ilə işləmə bacarığı;
  • İşlərini planlaşdırma bacarığı;
  • Məsuliyyətlilik.

Biz Sizə nə təklif edirik:

  • Öz bilik və bacarıqlarınızı nümayiş və inkişaf etdirmək üçün rahat iş şəraiti;
  • Performansın illik qiymətləndirməsi və gələcək karyeranızın qurulması üçün geniş imkanlar;
  • Sınaq müddəti bitdikdə Könüllü tibbi sığorta proqramına qoşulma;
  • Əmək qanunvericiliyinə uyğun iş şəraiti;
  • Müasir idarəetmə sistemi və mehriban kollektiv.

Siz elektron poçtun “mövzu” yerinə “Qiymətləndirmə_Mütəxəssis” qeyd etməklə öz CV-lərinizi [email protected] ünvanına göndərə bilərlər

 

Komandamıza qoşulmağa hazırsan?

Zəhmət olmasa CV-ni mövzu hissəsində vakansiyanı qeyd edərək [email protected] elektron ünvanına göndər

CV göndər
CV göndər
CV faylını yüklə

Faylı seç və ya buraya at (pdf, doc)

Yelo-dan çoxfunksiyalı mobil əlavə