Yelo-dan çoxfunksiyalı mobil əlavə

Digər vakansiyalar

Biznes tələblərinin idarəedilməsi departamentinin Biznes proseslərinin təhlili şöbəsində Biznes analitik

Karyerasını “Parlaq bankçılıq”da inkişaf etdirmək istəyən namizədlərimiz üçün hazırda “Biznes tələblərinin idarəedilməsi departamentinin Biznes proseslərinin təhlili şöbəsində Biznes analitik” vakansiyasını elan edirik. Siz elektron poçtun “mövzu” yerinə “Biznes analitik” qeyd etməklə öz CV-lərinizi [email protected] ünvanına göndərə bilərsiniz. İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq

Vəzifə öhdəlikləri:

  • Biznes proseslər üzrə texniki sənədlərin (istifadəçi və texniki səviyyədə -use case) hazırlanması;
  • Biznes proses üzrə minimal test planların və test ssenarilərinin hazırlanmasında iştirak;
  • Texniki tapşırıq üzrə dəyişikliyin icra dövründə monitorinq edilməsi və dəyişikliyin tələblərə uyğunluğunun yoxlanılması;
  • Dəyişiklik edilmiş biznes prosesin test mərhələsində sifarişçiyə və bank sistemlərinə dəstək komandasına təqdim olunmasında iştirak;
  • Texniki şöbə ilə əlaqəli iş sorğularını və layihə fəaliyyətlərini müvafiq bölmələr arasında idarə və koordinasiya etmək;
  • Daxili və xarici müştərilərlə işgüzar münasibətləri təmin etmək və təkmilləşdirmək;
  • Bank və əlaqəli sistemlərinin inkişafı və təkmilləşdirmə sahəsində layihələrin müstəqil təşəbbüsü və reallaşması.

Tələblər:

  • İnformasiya texnologiyaları, riyaziyyat və ya digər müvafiq sahələrin bakalavr dərəcəsi;
  • Bank sektorunda ən azı 2 il iş təcrübəsi arzuolunandır;
  • Microsoft Office, bank və digər xüsusi proqramların istismarı;
  • Güclü analitik, təşkilati və ünsiyyət bacarıqları;
  • Çox tapşırıqları icra etmək, vəzifələri prioritetləşdirmək;
  • Həm müstəqil, həm də komanda mühitində işləmək bacarığı.

Biz Sizə nə təklif edirik:

  • Öz bilik və bacarıqlarınızı nümayiş və inkişaf etdirmək üçün rahat iş şəraiti;
  • Performansın illik qiymətləndirməsi və gələcək karyeranızın qurulması üçün geniş imkanlar;
  • Könüllü tibbi sığorta proqramına qoşulma;
  • Yığım sığortasına qoşulma imkanı;
  • Müasir idarəetmə sistemi və mehriban kollektiv.
Komandamıza qoşulmağa hazırsan?

Zəhmət olmasa CV-ni mövzu hissəsində vakansiyanı qeyd edərək [email protected] elektron ünvanına göndər

CV göndər
CV göndər
CV faylını yüklə

Faylı seç və ya buraya at (pdf, doc)

Yelo-dan çoxfunksiyalı mobil əlavə