Alternativ kanallarla satış departamenti, Məlumat mərkəzi,Kiçik mütəxəssis
Şəhər
BakıKateqoriya
Alternativ kanallarla satış departamentiKaryerasını “Parlaq bankçılıq”da inkişaf etdirmək istəyən namizədlərimiz üçün hazırda “Alternativ kanallarla satış departamenti, Məlumat mərkəzi , Kiçik mütəxəssis” vakansiyasını elan edirik.
Struktur: Alternativ kanallarla satış departamenti, Məlumat mərkəzi
Vəzifə: Kiçik Mütəxəssis
Bilavasitə tabeçiliyi: Birbaşa rəhbər
Vəzifə öhdəlikləri:
- Sosial şəbəkələr, rəsmi səhifə vasitəsi ilə müştərilər tərəfindən daxil olan müraciətlərin cavablandırılması;
- Müştərilərə yüksək səviyyədə xidmətin göstərilməsi;
- Müraciətlərin qeydə alınması və müvafiq şöbələrə yönləndirilməsi;
- Daxil olan müraciətlər zamanı satışın edilməsi;
- Təyin olunmuş hədəflərə çatması;
- Aylıq hesabatların hazırlanması;
- Bilavasitə rəhbərinin tapşırıqlarının icra edilməsi.
Tələblər:
- Ali təhsil;
- Sahə üzrə iş təcrübəsi arzuolunandır;
- Azərbaycan dili və Rus dili əla , İngilis dili biliyi arzuolunandı;
- Səmərəli ünsiyyətqurma bacarığı;
- Komanda ilə işləmə bacarığı;
- İşlərini planlaşdırma bacarığı;
- Məsuliyyətlilik.
Biz Sizə nə təklif edirik:
- Öz bilik və bacarıqlarınızı nümayiş və inkişaf etdirmək üçün rahat iş şəraiti
- Performansın illik qiymətləndirməsi və gələcək karyeranızın qurulması üçün geniş imkanlar
- Tibbi sığorta proqramına qoşulma
- Müasir idarəetmə sistemi və mehriban kollektiv
Siz elektron poçtun “mövzu” yerinə “Call Center” qeyd etməklə öz CV-lərinizi [email protected] ünvanına göndərə bilərsiniz.
İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaqdır.
Zəhmət olmasa CV-ni mövzu hissəsində vakansiyanı qeyd edərək [email protected] elektron ünvanına göndər
CV göndər