Yelo-dan çoxfunksiyalı mobil əlavə

Digər vakansiyalar

Korporativ Bankçılıq Departamenti, Korporativ satış şöbəsi, Mütəxəssis / Aparıcı mütəxəssis

Şəhər

Bakı

Kateqoriya

Mütəxəssis / Aparıcı mütəxəssis

Karyerasını “Parlaq bankçılıq”da inkişaf etdirmək istəyən namizədlərimiz üçün hazırda “Korporativ Bankçılıq Departamenti, Korporativ satış şöbəsi, Mütəxəssis / Aparıcı mütəxəssis” vakansiyasını elan edirik.

Struktur: Korporativ Bankçılıq Departamenti
Vəzifə: Mütəxəssis / Aparıcı mütəxəssis
Bilavasitə tabeçiliyi: Departament rəhbəri və / və ya şöbə meneceri


Vəzifə öhdəlikləri:

  • Rəhbərlik tərəfindən təyin olunan satış planını icra etmək və bu hədəflərə çatmaq üçün təkliflər vermək, yeni müştərilər cəlb etmək;
  • Biznes müştərilərin ehtiyaclarını öyrənmək, bazarda olan prosesləri izləmək, müştəridən gələn informasiyaları toplamaq, təhlil etmək və təkliflər vermək;
  • Müştərilərdə yaranacaq sorğu və problemlər zamanı müştərilərə dəstəyin verilməsi;
  • Satış sonrası xidmətlə əlaqədar ortaya çıxan problemlərin həll edilməsi;
  • Cari müştəri portfelini nəzarətdə saxlamaq və loyallığın artırılması üçün layihələr üzrə təkliflər vermək;
  • Biznes müştərilər üçün məhsul və xidmətlər üzrə kommersiya təklifinin hazırlanması;
  • Biznes müştərilərlə iş üzrə analitik materialların hazırlanması;
  • Mövcud biznes müştərilər üzrə məlumatlar bazasının formalaşdırılmasında, zəruri hesabatların hazırlanmasında  iştirak etmək;
  • Bankın məhsul xəttinin genişləndirilməsi, məhsul və xidmətlərin həcminin artırılması üçün biznes müştərilərin və onların əsas kontragentlərinin bank xidmətləri üzrə ehtiyaclarının təhlili və öyrənilməsi;
  • Bankın məhsul və xidmətlərinin biznes müştərilərə satışının həyata keçirilməsi

Tələblər:

  • Ali təhsil
  • Bank sahəsində minimum 1 il iş təcrübəsi;
  • Satış sahəsində minimum 2 il iş təcrübəsi;
  • Azərbaycan dili əla, Rus dili və İngilis dili biliyi arzuolunandır;
  • Satış və ünsiyyət qurmaq bacarığı;
  • Komandada işləmə bacarığı;
  • Riyazi biliklər və problemi həll etmə bacarığı.

Biz Sizə nə təklif edirik:

  • Öz bilik və bacarıqlarınızı nümayiş və inkişaf etdirmək üçün rahat iş şəraiti
  • Müasir idarəetmə sistemi vəmehriban kollektiv
  • Tibbi sığorta proqramına qoşulma
  • Müasir idarəetmə sistemi və mehriban kollektiv

Siz elektron poçtun “mövzu” yerinə “Korporativ satış”  qeyd etməklə öz CV-lərinizi [email protected] ünvanına göndərə bilərsiniz.

İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaqdır.

Komandamıza qoşulmağa hazırsan?

Zəhmət olmasa CV-ni mövzu hissəsində vakansiyanı qeyd edərək [email protected] elektron ünvanına göndər

CV göndər
CV göndər
CV faylını yüklə

Faylı seç və ya buraya at (pdf, doc)

Yelo-dan çoxfunksiyalı mobil əlavə