Kreditlərin anderraytinqi və monitorinq departamenti, Kredit portfelinin analitikası üzrə kiçik mütəxəssis/mütəxəssis
Şəhər
BakıKaryerasını “Parlaq bankçılıq”da inkişaf etdirmək istəyən namizədlərimiz üçün hazırda “Kreditlərin anderraytinqi və monitorinq departamentində Kredit portfelinin analitikası üzrə kiçik mütəxəssis/mütəxəssis” vakansiyasını elan edirik.
Struktur: Kreditlərin anderraytinqi və monitorinq departamenti, Kreditlərin monitorinqi şöbəsi
Vəzifə: Kredit portfelinin analitikası üzrə kiçik mütəxəssis/mütəxəssis
Bilavasitə tabeçiliyi: Departament direktoru və / və ya şöbə meneceri
Vəzifə öhdəlikləri:
- Analitika üçün müxtəlif data mənbələrinin təyin edilməsi;
- Hesabatlar hazırlamaq və hesabatlar üzərində analizlər aparmaq;
- Kredit portfeli üzrə statistik məlumatların hazırlanması, emal olunması.
Tələblər:
- Ali təhsil (iqtisadi, maliyyə sahəsi üzrə təhsil arzuolunandır);
- Statistik analiz bilikləri əsasında təhlil və analitik düşünmə bacarığı;
- Kommunikasiyanın qurulması və komandada işləmək bacarığı;
- Təşəbbüskarlıq bacarığı və yenilikçi olma qabiliyyəti;
- İşdə dəqiqlik və detallara fikir vermə qabiliyyəti;
- Sərbəst Azərbaycan dili biliyi, Rus dili biliyi arzuolunandır;
- SQL üzrə sərbəst işləmək qabiliyyəti və Python, SPSS üzrə biliklər arzuolunandır;
- Əlavə olaraq kreditləşmə üzrə iş təcrübəsi olanlara üstünlük veriləcəkdir.
Biz Sizə nə təklif edirik:
- Öz bilik və bacarıqlarınızı nümayiş və inkişaf etdirmək üçün rahat iş şəraiti;
- Performansın illik qiymətləndirməsi və gələcək karyeranızın qurulması üçün geniş imkanlar;
- Ttibbi sığorta proqramına qoşulma;
- Müasir idarəetmə sistemi və mehriban kollektiv.
Siz elektron poçtun “mövzu” yerinə “Kredit üzrə analitik” qeyd etməklə öz CV-lərinizi [email protected] ünvanına göndərə bilərsiniz.
İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaqdır.
Zəhmət olmasa CV-ni mövzu hissəsində vakansiyanı qeyd edərək [email protected] elektron ünvanına göndər
CV göndər