Yelo-dan çoxfunksiyalı mobil əlavə

Digər vakansiyalar

Maliyyə departamenti, MİS və Büdcə şöbəsi, Aparıcı mütəxəssis.

Şəhər

Bakı

Kateqoriya

Aparıcı mütəxəssis

Karyerasını “Parlaq bankçılıq”da inkişaf etdirmək istəyən namizədlərimiz üçün hazırda "Maliyyə departamenti, MİS və Büdcə şöbəsində Aparıcı mütəxəssis" vakansiyasını elan edirik.

Siz elektron poçtun “mövzu” yerinə “Finance” qeyd etməklə öz CV-lərinizi [email protected] ünvanına göndərə bilərsiniz.

Struktur: Maliyyə departamenti
Vəzifə: Aparıcı mütəxəssis
Bilavasitə tabeçiliyi: Birbaşa rəhbər

Vəzifə öhdəlikləri:

  • İFRS və İdarəedici hesabatların hazırlanması zamanı dəstək göstərmək;
  • Hesabatların və müvafiq təqdimatların hazırlanması;
  • Büdcə praqnozunun hazırlanması zamanı dəstək göstərmək;
  • Biznesin seqmentlər üzrə analizi və hazırlanması zamanı dəstək göstərmək;
  • Hesabat prosedurlarını daxili nəzarət tələblərinə və beynəlxalq maliyyə hesabatları standartlarına cavab verən şəkildə icara etmək;
  • Birbaşa rəhbərin tapşırıqlarını yerinə yetrimək.

Tələblər:

  • Ali təhsil (Maliyyə,İqtisadiyyat,Audit və mühasibatlıq ixtisası üzrə);
  • Sahə üzrə minimum 3 il iş təcrübəsi, Beynəlxalq Audit şirkətlərində iş təcrübəsinin olması arzuolunandır;
  • Kompüter bilikləri : Excel-yaxşı səviyyədə, 1C,GNI və Power BI üzrə biliklər arzuolanandır;
  • Azərbaycan dili əla, Rus dili və İngilis dili biliyi yaxşı səviyyədə;
  • Riyazi biliklər, Maliyyə üzrə analitik düşüncə tərzi;
  • İRFS yanaşmalar üzrə biliklər arzuolunandır;
  • Öyrənməyə həvəsli, pozitiv və kreativ  olmaq;
  • Tələb olunan sertifikat: ACCA-FA, FR.

Biz Sizə nə təklif edirik:

  • Öz bilik və bacarıqlarınızı nümayiş və inkişaf etdirmək üçün rahat iş şəraiti;
  • Performansın illik qiymətləndirməsi və gələcək karyeranızın qurulması üçün geniş imkanlar;
  • Tibbi sığorta proqramına qoşulma;
  • Müasir idarəetmə sistemi və mehriban kollektiv.

İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaqdır.

Komandamıza qoşulmağa hazırsan?

Zəhmət olmasa CV-ni mövzu hissəsində vakansiyanı qeyd edərək [email protected] elektron ünvanına göndər

CV göndər
CV göndər
CV faylını yüklə

Faylı seç və ya buraya at (pdf, doc)

Yelo-dan çoxfunksiyalı mobil əlavə