Yelo-dan çoxfunksiyalı mobil əlavə

Digər vakansiyalar

Maliyyə monitorinqi şöbəsi, Aparıcı / Baş mütəxəssis

Şəhər

Bakı

Karyerasını “Parlaq bankçılıq”da inkişaf etdirmək istəyən namizədlərimiz üçün hazırda “Maliyyə monitorinqi şöbəsində Aparıcı və ya Baş mütəxəssis” vakansiyasını elan edirik.

Struktur: Maliyyə monitorinqi şöbəsi
Vəzifə: Aparıcı və ya Baş mütəxəssis
Bilavasitə tabeçiliyi: Şöbə meneceri 

Vəzifə öhdəlikləri:

  • Bank əməliyyatlarının «Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və  ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında» AR Qanununun müddəalarına uyğun həyata keçirilməsinə nəzarət;
  • Beynəlxalq məlumat-axtarış sistemlərindən istifadə etməklə xarici dövlətlərin firma və təşkilatları, embarqo və sanksiyalar tətbiq olunmuş hüquqi və fiziki şəxslər, həmçinin xarici siyasi xadimlərin pul vəsaitləri və digər əmlaklarla əməliyyatlarının yoxlanması;
  • PL/TMM üzrə araşdırılan əməliyyatlarla bağlı filial və şöbələrdən müştəri təmsilçiləri tərəfindən təqdim edilən məlumatların yoxlanması;
  • Nəzərdə tutulmuş hallarda Azərbaycan Republikasının Maliyyə Monitorinqi Xidmətinin həyata keçirilmiş əməliyyatlara dair məlumatların və sənədlərin təqdim olunması barədə sorğularının cavablandırılmasının təmin edilməsi;
  • Əməkdaşlıq etdiyimiz maliyyə institutlarının PL/TMM üzrə yoxlanması və eyniləşdirilməsi;
  • Qeyri-adi və şübhəlilik əlamətləri olan əməliyyatların müəyyənləşdirilməsi, araşdırılması və təhlil hesabatının hazırlanması.

Tələblər:

  • Bankda PL/TMM üzrə minimum 2 il iş təcrübəsi;
  • Ali təhsil (iqtisadi, hüquqi və maliyyə sahəsi üzrə təhsil arzuolunandır);
  • Bank fəaliyyətinə dair qanunvericilik və normativ hüquqi sənədlər üzrə biliklər;
  • Analitik düşünmə və təhlil bacarığı;
  • Komandada işləmək bacarığı;
  • MS Office (Word, Excel) proqramları biliklər;
  • Sərbəst Azərbaycan dili biliyi mütləqdir, Rus dili və İngilis dili biliyi arzuolunandır.

Biz Sizə nə təklif edirik:

  • Öz bilik və bacarıqlarınızı nümayiş və inkişaf etdirmək üçün rahat iş şəraiti;
  • Performansın illik qiymətləndirməsi və gələcək karyeranızın qurulması üçün geniş imkanlar;
  • Tibbi sığorta proqramına qoşulma;
  • Müasir idarəetmə sistemi və mehriban kollektiv.

Siz elektron poçtun “mövzu” yerinə “Maliyyə monitorinqi” qeyd etməklə öz CV-lərinizi [email protected] ünvanına göndərə bilərsiniz.

İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq.

Komandamıza qoşulmağa hazırsan?

Zəhmət olmasa CV-ni mövzu hissəsində vakansiyanı qeyd edərək [email protected] elektron ünvanına göndər

CV göndər
CV göndər
CV faylını yüklə

Faylı seç və ya buraya at (pdf, doc)

Yelo-dan çoxfunksiyalı mobil əlavə