Yelo-dan çoxfunksiyalı mobil əlavə

Digər vakansiyalar

İnzibati departamentin İnzibati xidmətlər şöbəsinin meneceri

Karyerasını “Parlaq bankçılıq”da inkişaf etdirmək istəyən namizədlərimiz üçün hazırda İnzibati departamentin İnzibati xidmətlər şöbəsinin meneceri vakansiyasını elan edirik. Gələcək karyera imkanlarınızı doğru şəkildə qurmaq istəyirsinizsə, Yelo bank sizə bu arzunuzu reallasdırmağa dəstək olacaq.

Vəzifə öhdəlikləri:

•    İnzibati xidmətlər şöbəsinin işinin təşkil edilməsi;
•    Anbarda saxlanılan mal qalıqlarının miqdarına nəzarət, tələb olunandan artıq ehtiyyatların yaradılmasının qarşısının alınması məqsədilə tədbirlərin görülməsi; 
•    İşin səmərəliyi üçün sistemin qurulması;
•    Şöbənin əməliyyatlarının uçotunun təşkili, lazımı qaydada sənədləşdirilməsi və Bankın nəzarət orqanlarına tələb olunan sənədlərin və hesabatların təqdim olunmasına nəzarət;
•    Təsərüffat məqsədləri üçün ayrılmış malların və vasitələrin rasional istifadəsinə nəzarət;
•    Xidmətlərin keyfiyyətinin yoxlanılması və ya bu cür yoxlamanın təşkili; 
•    Mal və xidmətlərin sifarişçiyə catdırılmasına nəzarət, müvafiq təhvil-təslim aktlarının tələb olunan qaydada rəsmiləşdirilməsinin təşkili;
•    İnzibati xidmətlər prosesində yarana biləcək çətinliklərin / uyğunsuzluqların aradan qaldırılmasına nəzarət və bu istiqamətdə işlərin koordinasiyası;
•    Birbaşa tabeçiliyində olan işçilərə mentorluq dəstəyinin göstərilməsi, işçilərin təlimatlandırılması və bilik səviyyəsinin  artırılması məqsədilə tələb olunan təlimlərin təmin edilməsi;
•    İşçilərin fəaliyyətinin qiymətləndirilməsi və qiymətləndirmə nəticələri ilə bağlı işçinin məlumatlandırılması;
•    İşçilərin inkişafı istiqamətində işlərin aparılması;
•    İşçilərin əsas fəaliyyət göstəricilərinin (ƏFG) təyin olunması və nəticələrin monitorinqi;
•    İşçilərə tapşırıqların verilməsi və icrasına nəzarət, şöbədaxili iş bölgüsünün aparılması;
•    İşçilərin daxili nizam-intizam qaydalarına və etik davranış normalarına, eləcə də aidiyyəti üzrə daxili və xarici normativ sənədlərin tələblərinə riayət etməsinə nəzarət;
•    Bankın müxtəlif tədbirləri, təşkil olunmuş görüşlər və digər əlaqəli mənbəələr vasitəsilə alınmış müvafiq məlumatlarınn şöbədaxili kommunikasiyası;
•    Bankın daxili normativ sənədlərində hazırki vəzifə üçün nəzərdə tutulmuş digər işlərin icrası;
•    Komanda üzvü olmaq və xidmət keyfiyyətini artıma məqsədi ilə şöbənin əməkdaşlarına dəstək, komandadaxili müsbət abu-havanın və şəffaflığın təmini;
•    Rəhbərinin tələbi ilə gördüyü işlər haqqında hesabatın hazırlanması;
•    Şöbənin funksiyalarına daxil olan işlərin vaxtında və keyfiyyətlə görülməsini təmin etmək.

Tələblər:

•    Ali təhsil;
•    İdarəetmə sahəsində minimum 3 il iş təcrübəsi;
•    Layihələrin idarə olunması bacarığı;
•    Ofis proqramlarında, xüsusi ilə yüksək Excel və Power Point bilikləri;
•    Azərbaycan dili yüksək səviyyədə, Rus dili və İngilis dili (üstünlükdür).

İş müddətində əldə edəcəksiniz:

•    Öz bilik və bacarıqlarınızı nümayiş və inkişaf etdirmək üçün rahat iş şəraiti
•    Azərbaycan Respublikası Əmək Məcəlləsinə uyğun əməkhaqqı və iş qrafiki
•    Korporativ idarəetmə, bank işi və müvafiq istiqamət üzrə peşə bilikləri

Siz elektron poçtun “mövzu” yerinə “İnzibati departamentin İnzibati xidmətlər şöbəsinin meneceri” qeyd etməklə öz tərcümeyi-hallarınızı (cv-lərinizi) [email protected] ünvanına göndərə bilərsiniz.  

Komandamıza qoşulmağa hazırsan?

Zəhmət olmasa CV-ni mövzu hissəsində vakansiyanı qeyd edərək [email protected] elektron ünvanına göndər

CV göndər
CV göndər
CV faylını yüklə

Faylı seç və ya buraya at (pdf, doc)

Yelo-dan çoxfunksiyalı mobil əlavə