Yelo-dan çoxfunksiyalı mobil əlavə

Digər vakansiyalar

İnzibati departamentin İnzibati xidmətlər şöbəsinin mütəxəssisi

Karyerasını “Parlaq bankçılıq”da inkişaf etdirmək istəyən namizədlərimiz üçün hazırda İnzibati departamentin İnzibati xidmətlər şöbəsinin mütəxəssisi vakansiyasını elan edirik. Gələcək karyera imkanlarınızı doğru şəkildə qurmaq istəyirsinizsə, Yelo bank sizə bu arzunuzu reallasdırmağa dəstək olacaq.

Vəzifə öhdəlikləri:

•    Əsas vəsaitlərin inventarizasiyasının aktlaşdırılması;
•    Əsas vəsaitlərin inventarizasiyası və inventarizasiya aktına uyğun işlərin icrası;
•    Əsas vəsaitlərin yoxlanılması və aktlarının icrası;
•    Əsas vəsaitlərin struktur bölmələr və əməkdaşlar üzrə uçotunun aparılması;
•    Bankın müxtəlif struktur bölmələrində, filial və şöbələrində baş tutan təhvil-təslim işlərində iştirak;
•    Əsas vəsaitlərin uçotunun avtomatlaşdırılması layihələrində iştirak;
•    Rəhbərlik tərəfindən verilmiş digər tapşırıqların vaxtında və keyfiyyətli şəkildə yerinə yetirilməsi.

Tələblər:

•    Ali təhsil;
•    Müvafiq sahədə minimum 1 il təcrübə;
•    Komandada işləmək bacarığı və stressə dözümlülük;
•    Məsuliyyətlilik, dəqiqlik, operativlik və problemi həll etmə bacarığı;
•    MS Office proqramları (Excel, Word) ilə işləmək bacarığı, komputer bilikləri;
•    Azərbaycan dili yüksək səviyyədə, Rus dili və İngilis dili (üstünlükdür).

İş müddətində əldə edəcəksiniz:

•    Öz bilik və bacarıqlarınızı nümayiş və inkişaf etdirmək üçün rahat iş şəraiti
•    Azərbaycan Respublikası Əmək Məcəlləsinə uyğun əməkhaqqı və iş qrafiki
•    Korporativ idarəetmə, bank işi və müvafiq istiqamət üzrə peşə bilikləri

Siz elektron poçtun “mövzu” yerinə “İnzibati departamentin İnzibati xidmətlər şöbəsinin mütəxəssisi” qeyd etməklə öz tərcümeyi-hallarınızı (cv-lərinizi) [email protected] ünvanına göndərə bilərsiniz.  

Komandamıza qoşulmağa hazırsan?

Zəhmət olmasa CV-ni mövzu hissəsində vakansiyanı qeyd edərək [email protected] elektron ünvanına göndər

CV göndər
CV göndər
CV faylını yüklə

Faylı seç və ya buraya at (pdf, doc)

Yelo-dan çoxfunksiyalı mobil əlavə