Digər vakansiyalar

İnformasiya Texnologiyaları departamentinin Texniki dəstək şöbəsinin Mütəxəssisi

Karyerasını “Parlaq bankçılıq”da inkişaf etdirmək istəyən namizədlərimiz üçün hazırda İnformasiya Texnologiyaları departamentinin Texniki dəstək şöbəsinin Mütəxəssisi vakansiyasını elan edirik. Gələcək karyera imkanlarınızı doğru şəkildə qurmaq istəyirsinizsə, Yelo bank sizə bu arzunuzu reallasdırmağa dəstək olacaq.

Vəzifə öhdəlikləri:

•    Texniki dəstəyin göstərilməsi;
•    Texniki dəstəyin idarəetmə metodologiyasına, standartlarına uyğun olaraq təşkili;
•    Texniki dəstək verilməsinə maneə olan problemlərin həll edilməsi, səlahiyyəti aşan bu tip problemlərin həll edilməsi üçün birbaşa rəhbər şəxsə məlumatın verilməsi; 
•    Texniki dəstəyin səmərəlik göstəricilərinin əldə edilməsi və bu göstəricilərə nəzarət;
•    Texniki dəstək şöbəsinin gördüyü işlər üzrə hesabatların tərtibi; 
•    Göstərilən texniki dəstəyin müddət standartlarına riayət edilməsi;
•    Göstərilən texniki dəstəyin son addıma qədər doğru aparılması;
•    Texniki dəstəyin effektivliyinin təmin edilməsi;
•    Texniki dəstək çərçivəsində Bankın bölmələri arasında qarşılıqlı əlaqənin dəstəklənməsi;
•    Avadanlıqların quraşdırılması və onlarda yaranan texniki problemlərin həlli;
•    Windows əməliyyat sistemində və sürətli pul köçürmələri sistemində yaranan problemlərin həlli.

Tələblər:

•    IT sistemlərinin idarə edilməsi sahəsində ən azı 3 il iş təcrübəsi;
•    Windows əsaslı serverlərin quraşdırılması, konfiqurasiyası və idarə edilməsi;
•    MS proqram təminatı məhsullarını üzrə biliklər (AD, GPO, MS Exchange və s);
•    Sürətli pul köçürmələri və onların idarə olunması (HÖP, Monex, Contact, WU və s.);
•    Bankın dəyərlərinə uyğun davranış;
•    Bankın mövcud biznes prosesləri, işin təşkili, prinsipi və texniki işlərin icra olunma ardıcılığı barədə məlumat;
•    Jira sistemində sorğuların idarə olunması;
•    Daxil olan zənglərin yönəldilməsi və sorğularının qeydiyyatı;
•    Dil tələbləri: Azərbaycan, İngilis, Rus (Rus dili bilməsi arzuolunandır);
•    Daxili sənədlərin tərtibi və onların icrası.

İş müddətində əldə edəcəksiniz:

•    Öz bilik və bacarıqlarınızı nümayiş və inkişaf etdirmək üçün rahat iş şəraiti;
•    Azərbaycan Respublikası Əmək Məcəlləsinə uyğun əmək haqqı və iş qrafiki;
•    Korporativ idarəetmə, bank işi və müvafiq istiqamət üzrə peşə bilikləri.

Siz elektron poçtun “mövzu” yerinə “İnformasiya Texnologiyaları departamentinin Texniki dəstək şöbəsi / Mütəxəssis” qeyd etməklə öz tərcümeyi-hallarınızı (cv-lərinizi) [email protected] ünvanına göndərə bilərsiniz.  

Komandamıza qoşulmağa hazırsan?

Zəhmət olmasa CV-ni mövzu hissəsində vakansiyanı qeyd edərək [email protected] elektron ünvanına göndər

CV göndər
CV göndər
CV faylını yüklə

Faylı seç və ya buraya at (pdf, doc)

Yelo-dan çoxfunksiyalı mobil əlavə