Yelo-dan çoxfunksiyalı mobil əlavə

9.5 FAİZLƏ KREDİT ALMAQ ÜÇÜN TƏLƏS!

Digər vakansiyalar

İnzibati Departamenti, İnzibati dəstək şöbəsinin Təmir Təsərrüfat işçisi

Şəhər

Bakı

Karyerasını “Parlaq bankçılıq”da inkişaf etdirmək istəyən namizədlərimiz üçün hazırda “İnzibati departamenti/Təmir Təsərrüfat işçisi” vakansiyasını elan edirik.
Siz elektron poçtun “mövzu” yerinə uyğun olaraq “Təmir Təsərrüfat işçisi ” qeyd etməklə öz CV-lərinizi [email protected] ünvanına göndərə bilərsiniz.

İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaqdır.


Struktur: İnzibati departamenti

Bilavasitə tabeçiliyi: Birbaşa rəhbər


Vəzifə öhdəlikləri:

  • Davamlı olaraq Bankdaxili təmirə ehtiyac olan işlərin müəyyən edilməsi, lazımı təmir materiallarının siyahısının hazırlanması;
  • Bankdaxili xırda təmir işlərinin görülməsi (rəngsaz,santexnik,elektrik,və.s);
  • Bankın Baş Ofisində və filiallarında yaranan məişət-texniki problemləri həll etmək;
  • Bankın struktur bölmələrindən daxil olmuş tələblər əsasında təmir işlərinin görülməsi;

Tələblər:

  • İş təcrübəsi: minimum 2 il;
  • Müvafiq peşə-ixtisas təhsili (arzuolunandır);
  • Komandada işləmə bacarığı;
  • Məsuliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi keyfiyyətlərə malik olması.


Biz Sizə nə təklif edirik:

  • Öz bilik və bacarıqlarınızı nümayiş və inkişaf etdirmək üçün rahat iş şəraiti;
  • Performansın illik qiymətləndirməsi və gələcək karyeranızın qurulması üçün geniş imkanlar;
  • Tibbi sığorta proqramına qoşulma;
  • Müasir idarəetmə sistemi və mehriban kollektiv.
Komandamıza qoşulmağa hazırsan?

Zəhmət olmasa CV-ni mövzu hissəsində vakansiyanı qeyd edərək [email protected] elektron ünvanına göndər

CV göndər
CV göndər
CV faylını yüklə

Faylı seç və ya buraya at (pdf, doc)

Yelo-dan çoxfunksiyalı mobil əlavə