Karyerasını “Parlaq bankçılıq”da inkişaf etdirmək istəyən namizədlərimiz üçün hazırda “Korporativ əməliyyat xidmətləri üzrə mütəxəssis” vakansiyasını elan edirik.
Vəzifə öhdəlikləri:
- Müştərilərə Bankın məhsul və xidmətləri barədə məlumat vermək;
- Müştərilər üçün hesabların açılması, müqavilələrin hazırlanması;
- Bank hesablarına nəzarət etmək və hesablar üzrə əməliyyatlar aparmaq;
- Müştərinin tələblərinin dəqiq müəyyənləşdirilməsi və idarə olunması;
- Gündəlik tapşırıqların razılaşdırılmış müddət çərçivəsində, yüksək səviyyədə və təsdiq olunmuş qayda və prosedurlara uyğun icrasının təmin edilməsi
Tələblər:
- Ali təhsil;
- Satış bacarıqları;
- Problemləri həll-etmə bacarığı;
- Ünsiyyət qurmaq bacarığı;
- Riyazi biliklər;
- Komandada işləmək bacarığı.
Biz Sizə nə təklif edirik:
- Öz bilik və bacarıqlarınızı nümayiş və inkişaf etdirmək üçün rahat iş şəraiti;
- Performansın illik qiymətləndirməsi və gələcək karyeranızın qurulması üçün geniş imkanlar;
- Könüllü tibbi sığorta proqramına qoşulma;
- Müasir idarəetmə sistemi və mehriban kollektiv.
Siz elektron poçtun “mövzu” yerinə “Korporativ əməliyyat xidmətləri üzrə mütəxəssis” qeyd etməklə öz CV-lərinizi [email protected] ünvanına göndərə bilərsiniz.
Zəhmət olmasa CV-ni mövzu hissəsində vakansiyanı qeyd edərək [email protected] elektron ünvanına göndər
CV göndər