Digər vakansiyalar

Risklərin idarə edilməsi departamentinin Kredit risklərinin idarə edilməsi şöbəsində Baş mütəxəssis

Karyerasını “Parlaq bankçılıq”da inkişaf etdirmək istəyən namizədlərimiz üçün hazırda “Risklərin idarə edilməsi departamentinin Kredit risklərinin idarə edilməsi şöbəsində Baş mütəxəssis” vakansiyasını elan edirik.

Vəzifə öhdəlikləri:

  •  AR MB və MBNP tələblərinə uyğun və IFRS metodologiyası əsasında ehtiyatların
  • hesablanmasında iştirak etmək;
  •  Kredit portfelinin müxtəlif yönümlü analizini aparmaq, daha riskli kredit məhsullarını müəyyən
  • etmək və bu tip məhsullarda risk yaradıcı faktorları aşkarlamaq;
  •  Qanunvericiliyə və daxili qaydalara əsasən portfelin konsentrasiyası ilə bağlı limitlərə nəzarət
  • etmək;
  •  Risk iştahasının hazırlanmasında iştirak;
  •  Risk limitlərinin hesablanmasına dair təkliflər verilməsi və risk limitlərinə riayət olunmasına
  • nəzarətin həyata keçirilməsi;
  •  Bankın daxili hesabat formalarına və rəhbərliyin tapşırığına uyğun müxtəlif hesabatların tərtib
  • edilməsi və hazırlanması;
  •  Stress-test modellərinin hazırlanmasında, tətbiq edilməsində və nəticələri ilə bağlı təkliflərin
  • verilməsi;
  •  Şöbədaxili normativ-hüquqi sənədlərin (qayda, prosedur və s.) hazırlanması və yenilənməsi
  • prosesində iştirak.

Vəzifəyə tələblər:

  •  Ali təhsil (Riyaziyyat / Statistika / Maliyyə və ya İqtisadiyyat sahəsi üzrə);
  •  Xarici dil bilməsinə üstünlük verilir (Rus dili, İnglis dili);
  •  MS office: Excel, PowerPoint proqramlarından mükəmməl istifadə bacarığı (SQL bilikləri
  • arzuolunandır);
  •  Verilənlərin statistik analizi bilikləri;
  •  Təqdimatların formalaşmasında, iri həcmli məlumatın yığımında, təhlilində və işlənməsində
  • təcrübə;
  •  Analitik qabiliyyət və işgüzar fəallıq;
  •  Komandada işləmək bacarığı;
  •  Detallara diqqətli və məsuliyyətli yanaşma;
  •  Risklərin idarə edilməsi sahəsində minimum 1 il iş təcrübəsi.

Biz Sizə nə təklif edirik:

  •  Öz bilik və bacarıqlarınızı nümayiş və inkişaf etdirmək üçün rahat iş şəraiti;
  •  Performansın illik qiymətləndirməsi və gələcək karyeranızın qurulması üçün geniş imkanlar;
  •  Sınaq müddəti bitdikdə Könüllü tibbi sığorta proqramına qoşulma;
  •  Müasir idarəetmə sistemi və mehriban kollektiv.

Siz elektron poçtun “mövzu” yerinə “Risk_Kredit” qeyd etməklə öz CV-lərinizi [email protected] ünvanına göndərə bilərsiniz.

Komandamıza qoşulmağa hazırsan?

Zəhmət olmasa CV-ni mövzu hissəsində vakansiyanı qeyd edərək [email protected] elektron ünvanına göndər

CV göndər
CV göndər
CV faylını yüklə

Faylı seç və ya buraya at (pdf, doc)

Yelo-dan çoxfunksiyalı mobil əlavə