Yelo-dan çoxfunksiyalı mobil əlavə

Digər vakansiyalar

Kreditlərin bərpası departamentində təcrübəçi / kiçik mütəxəssis

Karyerasını “Parlaq bankçılıq”da inkişaf etdirmək istəyən namizədlərimiz üçün hazırda "Kreditlərin bərpası departamentinin İnformasiya sistemləri və dəstək şöbəsində təcrübəçi, kiçik mütəxəssis”
vakansiyasını elan edirik.

Siz elektron poçtun “mövzu” yerinə “MİS_təcrübəçi, kiçik mütəxəssis” qeyd etməklə öz CV-lərinizi [email protected] ünvanına göndərə bilərsiniz. İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq.

Vəzifə öhdəlikləri:

  • Kreditlərin Bərpası Departamentinin gündəlik işi ilə əlaqədar olan hesabatların hazırlanması;
  • Kreditlərin Bərpası Departamentinin kredit portfeli haqqında aylıq hesabatın hazırlanması;
  • Kreditlərin Bərpası Departamentinin statistik materiallar bazasının saxlanması və yenilənməsi;
  • Kreditlərin Bərpası Departamentinin sənədlərinin arxivləşdirilməsi;
  • Komitənin qərarlarının qeydiyyatı, uçotu və saxlanması, eləcə də sənəd dövriyyəsinin vaxtlı-vaxtında icrasının təmin olunması;
  • Kreditlərin Bərpası Departamentinin əlaqələrinin, o cümlədən memorandumların göndərilməsinin dəstəklənməsi; rabitə kanalları (faks, e-mail və s.) vasitəsi ilə məlumatların qəbulu və ötürülməsi. Bankın digər departamentləri ilə düzgün və effektiv əməkdaşlığın yaradılması;
  • Məhkəmə prosesləri üçün zəruri olan sənədlərin filiallardan qəbul edilməsi və hər bir filial üzrə cədvəl şəklində lazımi qaydada qeydiyyata alınması;
  • Məhkəmə prosesləri üçün zəruri olan sənədlərin arxivdən qəbul edilməsi və hər bir filial üzrə cədvəl şəklində lazımi qaydada qeydiyyata alınması;
  • Girovda olan əmlakın saxlanması haqqında bildirişin hazırlanması və göndərilməsi və əmlakın saxlanması haqqında bildirişin qeydiyyata alınması üçün ərizələrin hazırlanması və göndərilməsi, qeydiyyata alınması;
  • Yaşayış yerindən arayış almaq üçün sorğular siyahısının hazırlanması və DİN-nin Pasportların Qeydiyyatı və Miqrasiya üzrə Baş İdarəsinə göndərilməsi;
  • Maliyyə arayışlarının hazırlanması.

Tələblər:

  • Riyazi və ya iqtisadi sahədə ali təhsil;
  • Analitik düşüncə, riyazi biliklər;
  • Yaxşı səviyyədə MS Office proqramları üzrə bacarıqlar (Word, Excel);
  • Dil tələbləri: Azərbaycan dili səlis, Rus və İngilis dili bilməsi arzuolunandır;
  • Komandada işləmək bacarığı və stressə davamlılıq;
  • Məsuliyyət, dəqiqlik, operativlik və problemi həll etmə bacarığı.

Biz Sizə nə təklif edirik:

  • Öz bilik və bacarıqlarınızı nümayiş və inkişaf etdirmək üçün rahat iş şəraiti;
  • Performansın illik qiymətləndirməsi və gələcək karyeranızın qurulması üçün geniş imkanlar;
  • Könüllü tibbi sığorta proqramına qoşulma;
  • Yığım sığortasına qoşulma imkanı;
  • Müasir idarəetmə sistemi və mehriban kollektiv.

 

Komandamıza qoşulmağa hazırsan?

Zəhmət olmasa CV-ni mövzu hissəsində vakansiyanı qeyd edərək [email protected] elektron ünvanına göndər

CV göndər
CV göndər
CV faylını yüklə

Faylı seç və ya buraya at (pdf, doc)

Yelo-dan çoxfunksiyalı mobil əlavə