Yelo-dan çoxfunksiyalı mobil əlavə

Digər vakansiyalar

Məhkəmə Orqanları ilə iş Şöbəsi, hüquqşünas/vəkil

Karyerasını “Parlaq bankçılıq”da inkişaf etdirmək istəyən namizədlərimiz üçün hazırda “Məhkəmə Orqanları ilə iş Şöbəsi, hüquqşünas/vəkil” vakansiyasını elan edirik.

Vəzifə öhdəlikləri:

•    Bankın Məhkəmə icraatında olan işlərlə (problemli kreditlər üzrə) bağlı məhkəmə icraçıları, əlaqəli dövlət orqanları ilə əlaqələr yaratmaq
•    Ödənilməmiş borcların qaytarılması məsələləri ilə əlaqədar məhkəmə instansiyalarında Bankın maraqlarını təmsil etmək
•    İddia ərizələrin,məhkəmə aktlarından şikayətlərin vaxtında hazırlamaq
•    İcraatında olan işləri tam nəzəratdə saxlamaq,işlərə dair nəticənin əldə olunması istiqamətində gecikmələrə yol verməmək,icraatında olan işlərdən tam məlumatlı olmaq;
•    Bankda keçirilən iclaslarda və müşavirələrdə iştirak etmək
•    Məlumatlar bazasını hazırlamaq – görülmüş işlər haqqında məlumatları müvafiq bazaya daxil etmək
•    Qüvvədə olan qanunvericiliyi düzgün tətbiq etmək və təyin olunmuş qaydada kargüzarlıq aparmaq
•    Verilmiş etibarnaməyə müvafiq surətdə öz səlahiyyətləri çərçivəsində Bankın adından müqavilə bağlamaq

Tələblər:

Təhsil və kvalifiksaiyalar
•    Ali təhsil

Təcrübə
•    Bank sahəsində ən azı 6 ay iş təcrübəsi 

Peşəkar bilik və bacarıqlar
•    Strateji və analitik düşüncə tərzi;
•    Təşəbbüskarlıq və yaradıcılıq xüsusiyyəti;  
•    Kollektivdə işləmək bacarığı və istəyi;
•    Yaxşı təşkilati keyfiyyətləri;
•    Mükəmməl məsuliyyət hissi;
•    Azərbaycan dili biliyi, rus dili biliyinə üstünlük verilir;
•    Kompüter savadı (eləcə də Microsoft Word, Excel, PowerPoint, Outlook proqramlarını bilmək).

Biz Sizə nə təklif edirik:

•    Öz bilik və bacarıqlarınızı nümayiş və inkişaf etdirmək üçün rahat iş şəraiti
•    Performansın illik qiymətləndirməsi və gələcək karyeranızın qurulması üçün geniş imkanlar
•    Könüllü tibbi sığorta proqramına qoşulma
•    Yığım sığortasına qoşulma imkanı
•    Müasir idarəetmə sistemi və mehriban kollektiv

Tələblərə cavab verdiyiniz halda, elektron poçtun “mövzu” yerinə “MOİŞ _ hüquqşünas/vəkil” qeyd etməklə [email protected] ünvanına 15.06.2021-ci il tarixinədək mürəciət etməyiniz xahiş olunur. 

Komandamıza qoşulmağa hazırsan?

Zəhmət olmasa CV-ni mövzu hissəsində vakansiyanı qeyd edərək [email protected] elektron ünvanına göndər

CV göndər
CV göndər
CV faylını yüklə

Faylı seç və ya buraya at (pdf, doc)

Yelo-dan çoxfunksiyalı mobil əlavə