Yelo Bank olaraq müştərilərimizin ehtiyac və istəklərinə cavab verən yenilikçi məhsullar və müasir xidmət şəbəkələri təqdim etməkdən qürur duyuruq.
Çoxsahəli satış komandamıza Bərdə filialı - Əməliyyat xidmətləri üzrə kiçik mütəxəssis, mütəxəssis axtarırıq.
Vəzifə öhdəlikləri:
• Müştərilərə Bankın məhsul və xidmətləri barədə məlumat vermək;
• Müştərilər üçün hesabların açılması, müqavilələrin hazırlanması;
• Bank hesablarına nəzarət etmək və hesablar üzrə əməliyyatlar aparmaq;
• Bankda mövcud olan pulköçürmə sistemləri vasitəsilə müştərilərə vəsaitlərin göndərilməsi və verilməsi üzrə xidmət göstərmək.
Tələblər:
• Ali təhsil;
• Müvafiq sahə üzrə 0-1 il iş təcrübəsi;
• Ünsiyyət qurma, dinləmə, müşahidə etmə və problemi həll etmə bacarığı olmalı;
• Komandada işləmək bacarığı.
Biz Sizə nə təklif edirik:
• Öz bilik və bacarıqlarınızı nümayiş və inkişaf etdirmək üçün rahat iş şəraiti;
• Performansın illik qiymətləndirməsi və gələcək karyeranızın qurulması üçün geniş imkanlar;
• Tibbi sığorta;
• Müasir idarəetmə sistemi və mehriban kollektiv.
Siz elektron poçtun “mövzu” yerinə “Bərdə_Əməliyyat xidmətləri” qeyd etməklə öz CV-lərinizi [email protected] ünvanına göndərə bilərsiniz.
Zəhmət olmasa CV-ni mövzu hissəsində vakansiyanı qeyd edərək [email protected] elektron ünvanına göndər
CV göndər