Yelo-dan çoxfunksiyalı mobil əlavə

Digər vakansiyalar

Pərakəndə Məhsulların Satışı departamenti, Partnyorlar Şəbəkəsinin inkişafı şöbəsi, Menecer

Şəhər

Bakı

Karyerasını “Parlaq bankçılıq”da inkişaf etdirmək istəyən namizədlərimiz üçün hazırda “Pərakəndə Məhsulların Satışı departamenti, Partnyorlar Şəbəkəsinin inkişafı şöbəsində Menecer” vakansiyasını elan edirik.
Siz elektron poçtun “mövzu” yerinə “Partnyor / Menecer” qeyd etməklə öz CV-lərinizi [email protected] ünvanına göndərə bilərsiniz.

 

Struktur: Pərakəndə Məhsulların Satışı departamenti, Partnyorlar Şəbəkəsinin inkişafı şöbəsi
Vəzifə: Menecer 
Bilavasitə tabeçiliyi: Departament direktoru və / və ya şöbə meneceri


Vəzifə öhdəlikləri:

  • Pərakəndə xidmətlərin həyata keçirilməsi məqsədilə, ticarət və xidmət obyeklərində görüşlərin təşkili və partnyor əlaqələrin yaradılması;
  • Görülən işlər barədə hesabatların rəhbərliyə təqdim edilməsi;
  • Partnyor şəbəkəsinin monitorinqi;
  • Pərakəndə bank məhsullarının satışını həyata keçirmək;
  • Potensial dövlət, özəl müəssələrin əməkdaşları ilə görüş, təqdimatlar keçirmək və birbaşa satış prosesini həyata keçirmək;
  • Pərakəndə bazarı araşdırmaq, rəqib banklar, yeni məhsullar haqqında məlumatları toplamaq və uyğun yeni təkliflər vermək;
  • Bankın məhsul və xidmətlərini özünə əks etdirən reklam materiallarının potensial müəssisə və müştərilər arasında təbliğatını təmin etmək;
  • Mövcud məhsul xidmət şərtlərinin bazara uyğunluğunu ölçür, müştərilərlə sorğunun keçirilməsi və tələbata uyğun olaraq yeni kampaniyaların keçirilməsi ilə bağlı təkliflər vermək;
  • Banka yeni cash back (gələcəkdə taksit olarsa, taksit) üzrə Partnyorların cəlb olunması.
  • Şirkət və idarələrlə görüşlərin keçirilməsi, bankın kredit və kart məhsulları üzrə satışların həyata keçirilməsi ilə bağlı prezentasiyaların təqdim olunması;
  • Cəlb edilmiş müştərilərin filiallarda uyğun bölgüsü və xidmətin sona qədər aparılmasını təqib etmək.

Tələblər:

  • Ali təhsil;
  • Bankda müvafiq sahə üzrə minimum 3 il iş təcrübəsi;
  • Analitik təhliletmə qabiliyyəti;
  • İşgüzar ünsiyyət qurmaq, komanda tərkibində işləmək və inandırmaq bacarığı;
  • Cavabdeh olduğu sahəyə rəhbərlik etmə bacarığı;
  • Azərbaycan və Rus dillərini mükəmməl səviyyədə bilməsi (İngilis dili arzu olunandır);
  • MS Office proqramlarından sərbəst istifadə bacarığı;
  • Məsuliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi keyfiyyətlərə malik olması.

Biz Sizə nə təklif edirik:

  • Öz bilik və bacarıqlarınızı nümayiş və inkişaf etdirmək üçün rahat iş şəraiti;
  • Performansın illik qiymətləndirməsi və gələcək karyeranızın qurulması üçün geniş imkanlar;
  • Ttibbi sığorta proqramına qoşulma;
  • Müasir idarəetmə sistemi və mehriban kollektiv.

İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq. 

Komandamıza qoşulmağa hazırsan?

Zəhmət olmasa CV-ni mövzu hissəsində vakansiyanı qeyd edərək [email protected] elektron ünvanına göndər

CV göndər
CV göndər
CV faylını yüklə

Faylı seç və ya buraya at (pdf, doc)

Yelo-dan çoxfunksiyalı mobil əlavə