Yelo-dan çoxfunksiyalı mobil əlavə

Digər vakansiyalar

Kreditlərin Bərpası Departamenti, Məhkəmə orqanları ilə iş şöbəsi, Kiçik hüquqşünas, Hüquqşünas

Şəhər

Bakı

Karyerasını “Parlaq bankçılıq”da inkişaf etdirmək istəyən namizədlərimiz üçün hazırda “Kreditlərin Bərpası Departamenti, Məhkəmə orqanları ilə iş şöbəsində Kiçik hüquqşünas, Hüquqşünas” vakansiyasını elan edirik.

Vəzifə öhdəlikləri:

  • Bankın məhkəmə icraatında olan işlərlə (problemli kreditlər üzrə) bağlı məhkəmə icraçıları, əlaqəli dövlət orqanları ilə əlaqələr yaratmaq;
  • Ödənilməmiş borcların qaytarılması məsələləri ilə əlaqədar məhkəmə instansiyalarında Bankın maraqlarını təmsil etmək;  
  • İddia ərizələrin,məhkəmə aktlarından şikayətlərin vaxtında hazırlamaq;
  • İcraatında olan işləri tam nəzəratdə saxlamaq,işlərə dair nəticənin əldə olunması istiqamətində gecikmələrə yol verməmək,icraatında olan işlərdən tam məlumatlı olmaq;
  • Bankda keçirilən iclaslarda və müşavirələrdə iştirak etmək;
  • Məlumatlar bazasını hazırlamaq – görülmüş işlər haqqında məlumatları müvafiq bazaya daxil etmək;
  • Qüvvədə olan qanunvericiliyi düzgün tətbiq etmək və təyin olunmuş qaydada kargüzarlıq aparmaq;
  • Verilmiş etibarnaməyə müvafiq surətdə öz səlahiyyətləri çərçivəsində Bankın adından müqavilə bağlamaq.

Tələblər:

  • Ali təhsil;
  • Microsoft Office programs (Excel, Power Point, Word);
  • Komondada işləmə bacarığı;
  • Öyrənmək həvəsi.

Biz Sizə nə təklif edirik:

  • Öz bilik və bacarıqlarınızı nümayiş və inkişaf etdirmək üçün rahat iş şəraiti;
  • Performansın illik qiymətləndirməsi və gələcək karyeranızın qurulması üçün geniş imkanlar;
  • Tibbi sığorta proqramına qoşulma;
  • Müasir idarəetmə sistemi və mehriban kollektiv.

Siz elektron poçtun “mövzu” yerinə "Məhkəmə / Hüquqşünas" qeyd etməklə öz CV-lərinizi [email protected] ünvanına göndərə bilərsiniz.

Komandamıza qoşulmağa hazırsan?

Zəhmət olmasa CV-ni mövzu hissəsində vakansiyanı qeyd edərək [email protected] elektron ünvanına göndər

CV göndər
CV göndər
CV faylını yüklə

Faylı seç və ya buraya at (pdf, doc)

Yelo-dan çoxfunksiyalı mobil əlavə