Yelo-dan çoxfunksiyalı mobil əlavə

Digər vakansiyalar

Məhsul meneceri

“Yelo Bank”da müştərilərimizin ehtiyac və istəklərinə cavab verən yenilikçi məhsullar təqdim etməkdən qürur duyuruq. Çoxsahəli inkişaf qrupumuza rəhbərlik edəcək “Məhsul meneceri (Product Manager)” axtarırıq. 

Vəzifə öhdəlikləri:

  •  Bankın strategiyasına uyğun məhsulları yaratmaq və inkişaf etdirmək;
  •  Bazarı araşdırmaq, müştərilərin (əsasən aqro seqmenti üzrə) ehtiyaclarını müəyyənləşdirmək, bu məqsədlə aqro müştərilərlə görüşləri aparmaq; təkmilləşdirilmiş müştəri təcrübəsinə nail olmaq;
  •  Məhsul yaradılması üzrə xərc / gəlirlərin hesablanması və təhlili;
  •  Məhsulun yol xəritəsini (roadmap) hazırlamaq;
  •  Ümumi hədəflərə çatmaq üçün məhsululun yaradılması üzrə kross-funksional komandanı yönəltmək
  •  Seqment müştərilərinin ehtiyaclarına cavab verən məhsul və xidmətləri komanda ilə birgə hazırlamaq;
  •  Yeni məhsul ideyalarını qiymətləndirmək və onların bazara çıxarılması strategiyasını hazırlamaq;
  •  Məhsul boşluqlarının müəyyənləşdirilməsi və onların aradan qaldırılmasını təmin etmək;
  •  Məhsulun effektiv marketinq kommunikasiya planının hazırlanmasında iştirak etmək.

Tələblər:

  •  Kross-funksional komandanın işini effektiv təşkil etmək bacarığı;
  •  Çətinliklərin öhdəsindən gəlmə bacarığı;
  •  Effektiv kommunikasiya, təqdimat və liderlik bacarıqları;
  •  Yüksək analitik düşüncə;
  •  Çərçivələrdən kənar düşünmə bacarığı
  •  Məhsulun inkişafı üçün çevik metodologiyanı (agile) bilmək arzuolunandır
  •  Məhsulların inkişaf etdirilməsi üzrə təcrübə arzuolunandır;
  •  Aqro sektoru üzrə bilik və təcrübə arzuolunandır;
  •  Azərbaycan, Rus və İngilis dillərində sərbəst danışmaq və yazmaq;
  •  MS Office proqramlarını (əsasən Excel və Power point) yüksək səviyyədə bilmək.

Biz Sizə nə təklif edirik:

  •  Öz bilik və bacarıqlarınızı nümayiş və inkişaf etdirmək üçün rahat iş şəraiti;
  •  Performansın illik qiymətləndirməsi və gələcək karyeranızın qurulması üçün geniş imkanlar;
  •  Müasir idarəetmə sistemi, innovativ və mehriban kollektiv.
  •  Könüllü tibbi sığorta proqramına qoşulma;
  •  Yığım sığortasına qoşulma imkanı;

Siz elektron poçtun “mövzu” yerinə “Product Manager” qeyd etməklə öz CV-lərinizi [email protected] ünvanına göndərə bilərsiniz

Komandamıza qoşulmağa hazırsan?

Zəhmət olmasa CV-ni mövzu hissəsində vakansiyanı qeyd edərək [email protected] elektron ünvanına göndər

CV göndər
CV göndər
CV faylını yüklə

Faylı seç və ya buraya at (pdf, doc)

Yelo-dan çoxfunksiyalı mobil əlavə