Yelo-dan çoxfunksiyalı mobil əlavə

Digər vakansiyalar

Korporativ idarəedtmə departamenti, Metodologiya və dəstək şöbəsi, Kiçik mütəxəssis

Şəhər

Bakı

Karyerasını “Parlaq bankçılıq”da inkişaf etdirmək istəyən namizədlərimiz üçün hazırda “Korporativ idarəedtmə departamentinin Metodologiya və dəstək şöbəsində Kiçik mütəxəssis” vakansiyasını elan edirik.

Siz elektron poçtun “mövzu” yerinə “Metodologiya / Mütəxəssis” qeyd etməklə öz CV-lərinizi [email protected] ünvanına göndərə bilərsiniz.

Struktur: Korporativ idarəedtmə departamenti, Metodologiya və dəstək şöbəsi 
Vəzifə: Kiçik mütəxəssis
Bilavasitə tabeçiliyi: Departament direktoru və / və ya şöbə meneceri


Vəzifə öhdəlikləri:

  • Bankın struktur bölmələrindən daxil olan sorğular əsasında normativ xarakterli sənədlərin yaradılması, müvafiq struktur bölmələri tərəfindən razılaşdırılması üçün təqdim olunması və rəhbərlik tərəfindən sənədin təsdiq olunması üçün yönləndirilməsi;
  • Bankın struktur vahidləri tərəfindən hazırlanmış normativ sənəd layihələrinin nəzərdən keçirilməsi və standartlara uyğunlaşdırılması müvafiq struktur bölmələri tərəfindən razılaşdırılması üçün təqdim olunması və rəhbərlik tərəfindən sənədin təsdiq olunması üçün yönləndirilməsi; 
  • Metodoloji dəstək məqsədilə proseslərin təkmilləşdirilməsi, məhsul və xidmətlərin yaradılması üzrə həyata keçirilən layihələrdə iştirak;
  • Bankın normativ sənədlər üzrə elektron kitabxanasının (elektron bazanın) aparılması, sənədlərin yerləşdirilməsi.

Tələblər:

  • Bank sahəsində 1-2 il iş təcrübəsi;
  • Azərbaycan dilində səlis yazmaq və danışmaq bacarıqları, Rus və ya İnglis dilləri biliyi arzuolunandır;
  • MS office, Visio proqramlarından sərbəst istifadə bacarığı;
  • Detallara diqqətlı olmaq;
  • Yüksək məsuliyyət hissinə malik olmaq;
  • Ünsiyyət qurma və koordinasiya bacarığı;
  • Stress altında işləmək bacarığı;
  • Komandada işləmək bacarığı;

Biz Sizə nə təklif edirik:

  • Öz bilik və bacarıqlarınızı nümayiş və inkişaf etdirmək üçün rahat iş şəraiti;
  • Performansın illik qiymətləndirməsi və gələcək karyeranızın qurulması üçün geniş imkanlar;
  • Tibbi sığorta proqramına qoşulma;
  • Müasir idarəetmə sistemi və mehriban kollektiv.

İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaqdır.

Komandamıza qoşulmağa hazırsan?

Zəhmət olmasa CV-ni mövzu hissəsində vakansiyanı qeyd edərək [email protected] elektron ünvanına göndər

CV göndər
CV göndər
CV faylını yüklə

Faylı seç və ya buraya at (pdf, doc)

Yelo-dan çoxfunksiyalı mobil əlavə