Digər vakansiyalar

Mikro müştərilər departamentinin aparıcı mütəxəssis / baş mütəxəssisi

Karyerasını “Parlaq bankçılıq”da inkişaf etdirmək istəyən namizədlərimiz üçün hazırda Mikro müştərilər departamentinin aparıcı mütəxəssis / baş mütəxəssisi vakansiyasını elan edirik. Gələcək karyera imkanlarınızı doğru şəkildə qurmaq istəyirsinizsə, Yelo bank sizə bu arzunuzu reallasdırmağa dəstək olacaq.

Vəzifə öhdəlikləri:

•    Kredit portfelinin təhlili və hesabatların hazırlanması;
•    Departamentin əməkdaşlarının bonuslarının hesablanması;
•    Fond kreditləri (AKİA, SİF) ilə bağlı sənəd dövriyyəsinin təşkili və hesabatlığın aparılması;
•    Kreditləşmə ilə bağlı bazar təhlili.

Tələblər:

•    Bankın dəyərlərinə uyğun davranış;
•    Analitik düşüncə qabiliyyəti, riyazi  və məntiqi təfəkkürə malik olmalı;
•    MS Office proqramları ilə işləmə bacarığı; 
•    Excel proqramı üzrə mükəmməl biliklər, hesabatların hazırlanması bacarığı;
•    Komanda ilə işləmə bacarığı;
•    Ünsiyyət qurma bacarığı;
•    Təşəbbüskar;
•    Dəqiqlik və detallara fikir bacarığı.


İş müddətində əldə edəcəksiniz:

•    Öz bilik və bacarıqlarınızı nümayiş və inkişaf etdirmək üçün rahat iş şəraiti
•    Azərbaycan Respublikası Əmək Məcəlləsinə uyğun əmək haqqı və iş qrafiki
•    Korporativ idarəetmə, bank işi və müvafiq istiqamət üzrə peşə bilikləri

Siz elektron poçtun “mövzu” yerinə “Mikro müştərilər departamenti, aparıcı mütəxəssis / baş mütəxəssis” qeyd etməklə öz tərcümeyi-hallarınızı (cv-lərinizi) [email protected] ünvanına göndərə bilərsiniz.  


 

Komandamıza qoşulmağa hazırsan?

Zəhmət olmasa CV-ni mövzu hissəsində vakansiyanı qeyd edərək [email protected] elektron ünvanına göndər

CV göndər
CV göndər
CV faylını yüklə

Faylı seç və ya buraya at (pdf, doc)

Yelo-dan çoxfunksiyalı mobil əlavə