Yelo-dan çoxfunksiyalı mobil əlavə

Digər vakansiyalar

İT əməliyyatları şöbəsində Proqram təminatı üzrə kiçik mütəxəssis

 Karyerasını “Parlaq bankçılıq”da inkişaf etdirmək istəyən namizədlərimiz üçün hazırda “İT əməliyyatları şöbəsində Proqram təminatı üzrə kiçik mütəxəssis” vakansiyasını elan edirik. Siz elektron poçtun “mövzu” yerinə “Proqram təminatı_kiçik mütəxəssis” qeyd etməklə öz CVlərinizi [email protected] ünvanına göndərə bilərsiniz. İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq.

   Vəzifə öhdəlikləri:

  • Proqram təminatının qurulması, sazlanması və yeniləmələrin yüklənməsi;
  • Proqram təminatları arasında qarşılıqlı əlaqənin sazlanması;
  • Proqram təminatlarının işləməsini nəzarətdə saxlamaq, lazımı monitorinq sazlamaları aparmaq;
  • Tətbiqlərdə yaranmış problemləri araşdırmaq və aradan qaldırmaq.

  Tələblər:

  • Tətbiqdə əksini tapmış biznes prosesini anlama bacarığı;
  • Kompleks tətbiqlərin sazlanması və idarəedilməsi, xətaları araşdırma bacarığı;
  • Banklarda istifadə olunan proqram təminatlarını mənimsəmə və lazımı sənədləşmə işlərini aparma bacarığı;
  • Analitik və problemi həll etmə bacarığı, araştırma zamanı məsələyə müxtəlif yönlərdən yaxınlaşma bacarığı;
  • Monitorinq tətbiqləri ilə işləmə, log fayllarını analiz etmə bacarığı;
  • Linux və Windows əməliyyat sistemləri, Weblogic, Apache Tomcat serverləri ilə işləmə bacarığı;
  • SOAP və Rest servislərini test etmə bacarığı;
  • Müstəqil işləmə, yeni sahələri və yeni bacarıqları tez öyrənmə qabiliyyəti.

   Biz Sizə nə təklif edirik:

  • Öz bilik və bacarıqlarınızı nümayiş və inkişaf etdirmək üçün rahat iş şəraiti;
  • Performansın illik qiymətləndirməsi və gələcək karyeranızın qurulması üçün geniş imkanlar;
  • Könüllü tibbi sığorta proqramına qoşulma;
  • Yığım sığortasına qoşulma imkanı;
  • Müasir idarəetmə sistemi və mehriban kollektiv.
Komandamıza qoşulmağa hazırsan?

Zəhmət olmasa CV-ni mövzu hissəsində vakansiyanı qeyd edərək [email protected] elektron ünvanına göndər

CV göndər
CV göndər
CV faylını yüklə

Faylı seç və ya buraya at (pdf, doc)

Yelo-dan çoxfunksiyalı mobil əlavə