Yelo-dan çoxfunksiyalı mobil əlavə

Digər vakansiyalar

Proqramlaşdırma departamentində Terrasoft Creatio / BPM online platforması üzrə tərtibatçı

Karyerasını “Parlaq bankçılıq”da inkişaf etdirmək istəyən namizədlərimiz üçün hazırda “Proqramlaşdırma departamentində Terrasoft Creatio / BPM online platforması üzrə tərtibatçı” vakansiyasını elan edirik.

Vəzifə öhdəlikləri:

•    Tərtibatçı olaraq Terrasoft Creatio (BPM Online) platformasının inkişafında iştirak;
•    CRM sisteminin yeni modullarının işlənməsi və mövcudların yenidən işlənməsi;
•    Sistem rəhbərliyi, o cümlədən: istifadəçilərin qurulması, məlumatların izlənməsi və düzəldilməsi, məhsul versiyalarının uyğunluğuna nəzarət;
•    Sistem istifadəçiləri üçün texniki dəstək;
•    Həll edilmiş məsələlər üçün dəstək;
•    Sistem analitiki ilə qarşılıqlı əlaqə;
•    Sistem interfeyslərini şirkətin biznes-bölmələrinin tələblərinə uyğunlaşdırmaq və yeniləmək;
•    Sistemdə yeni funksiyaların, bölmələrin, arayış kitabçalarının, çap formalarının yenidən işlənib yekunlaşdırılması.

Tələblər:

•    Bankın dəyərlərinə uyğun işlərin təşkili;
•    Terrasoft Creatio / BPM'online platforması üzrə bilik və iş təcrübəsi arzuolunandır;
•    C# dili üzrə dərin biliklər;
•    JavaScript, HTML, CSS, SQL üzrə biliklər;
•    Sistemlər arasındakı inteqrasiyanı dizayn və inkişaf etdirmə üzrə iş təcrübəsi;
•    Fərqli kodları anlama bacarığı;
•    Mürəkkəb problemləri həll etmək və nəticə əldə etmək istəyi və bacarığı;
•    Proqram təminatı və proqram həllərinin tətbiqi sahəsində inkişaf etmək istəyi;
•    Bank işi haqqında bilik;
•    Analitik düşüncə, komanda işləmə bacarığı, iş intizamı;
•    Layihə tapşırıqlarının müstəqil həllində (back-end, front-end) iş təcrübəsi arzuolunandır.

Biz Sizə nə təklif edirik:

•    Öz bilik və bacarıqlarınızı nümayiş və inkişaf etdirmək üçün rahat iş şəraiti;
•    Performansın illik qiymətləndirməsi və gələcək karyeranızın qurulması üçün geniş imkanlar;
•    Könüllü tibbi sığorta proqramına qoşulma;
•    Müasir idarəetmə sistemi və mehriban kollektiv.
|
Siz elektron poçtun “mövzu” yerinə “BPM Developer” qeyd etməklə öz CV-lərinizi [email protected] ünvanına göndərə bilərsiniz.

Komandamıza qoşulmağa hazırsan?

Zəhmət olmasa CV-ni mövzu hissəsində vakansiyanı qeyd edərək [email protected] elektron ünvanına göndər

CV göndər
CV göndər
CV faylını yüklə

Faylı seç və ya buraya at (pdf, doc)

Yelo-dan çoxfunksiyalı mobil əlavə