Yelo-dan çoxfunksiyalı mobil əlavə

Digər vakansiyalar

Kiçik və orta biznes müştəriləri departamenti / Kiçik Mütəxəssis, Mütəxəssis, Aparıcı Mütəxəssis, Baş Mütəxəssis

Diqqət! Bu elanın vaxtı bitib

Şəhər

Bakı

Karyerasını “Parlaq bankçılıq”da inkişaf etdirmək istəyən namizədlərimiz üçün hazırda “Kiçik və orta biznes müştəriləri departamenti / Kiçik Mütəxəssis, Mütəxəssis, Aparıcı Mütəxəssis, Baş Mütəxəssis” vakansiyasını elan edirik.

Vəzifə öhdəlikləri:

  • Kredit, qeyri kredit məhsulları və korporativ xidmətlər prosedurlarını və məhsullarını mükəmməl səviyyədə bilmək və potensial müştərilərin bankın məhsul və xidmətlərinin xüsusiyyətləri və üstünlükləri barədə məlumatlandırılması;
  • Biznes müştərilər üçün məhsul və xidmətlər üzrə kommersiya təklifinin hazırlanması;
  • Mövcud biznes müştərilər üzrə məlumatlar bazasının formalaşdırılmasında, zəruri hesabatların hazırlanmasında iştirak;
  • Banka həm kredit, həm də qeyri kredit məhsulları üzrə yeni müştəriləri cəlb etmək, fərdi kredit və qeyri-kredit portfelini yaratmaq və onun yüksək keyfiyyətini qoruyub saxlamaq;
  • Kredit Alanın gecikdirilmiş kreditləri üzrə maliyyə vəziyyətini və kreditin geri qaytarılma perspektivlərini müəyyənləşdirmək üçün monitorinqin həyata keçirilməsi
  • Kredit Alan tərəfindən kreditin geri qaytarılması öncədən razılaşdırılmış məbləğdə və müddətdə olmadığı təqdirdə, bu halın davam etməsi zamanı onu gələcəkdə gözləyəcək hüquqi məsələlərlə bağlı təlimatlandırmaq məqsədilə görüşün təşkili
  • Gecikmədə olan kreditlərin həlli istiqamətində mövcud prosedur və qaydalar çərçivəsində müvafiq tədbirlərin həyata keçirilməsi;
  • Bankın məhsul və xidmətlərini biznes müştərilərinə satışının həyata keçirilməsi;
  • Digər bank məhsullarını bilmək və onları öz potensial müştərilərinə tövsiyyə etmək, müştərinin məhsullarla maraqlandığı təqdirdə onu həmin məhsul üzrə məsul mütəxəssisin müvafiq departamentinə müşaiyət etmək;

Tələblər:

  • İş təcrübəsi - Bank sahəsində minimum 1 il
  • Dil bilikləri - Azərbaycan dili (Rus və İngilis dilləri arzuolunandır)
  • Təhsil tələbləri - Ali təhsil (İqtisadi və riyazi təhsilə üstünlük veriləcəkdir)
  • Komputer bilikləri - Microsoft Office proqramlarından (Word, Excel, PowerPoint) istifadə etmək bacarığı
  • Əlavə bacarıqlar (soft skills) - Maliyyə və mühasibatlıq hesabatları formaları üzrə biliklər, onları təhlil etmək və kollegial orqanlara təqdim etmək üçün zəruri analitik materialların hazırlanması bacarığı

Biz Sizə nə təklif edirik:

  • Öz bilik və bacarıqlarınızı nümayiş və inkişaf etdirmək üçün rahat iş şəraiti;
  • Müasir idarəetmə sistemi, innovativ və mehriban kollektiv.
  • Sığorta proqramına qoşulma;
  • Yığım sığortasına qoşulma imkanı;

Siz elektron poçtun “mövzu” yerinə “Kiçik və orta biznes müştəriləri” qeyd etməklə öz CV-lərinizi [email protected] ünvanına göndərə bilərsiniz.

İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq.

Komandamıza qoşulmağa hazırsan?

Zəhmət olmasa CV-ni mövzu hissəsində vakansiyanı qeyd edərək [email protected] elektron ünvanına göndər

CV göndər
CV göndər
CV faylını yüklə

Faylı seç və ya buraya at (pdf, doc)

Yelo-dan çoxfunksiyalı mobil əlavə