Yelo-dan çoxfunksiyalı mobil əlavə

Digər vakansiyalar

Xəzinədarlıq departamenti, Pul və Valyuta bazarında əməliyyatlar şöbəsi, Mütəxəssis

Şəhər

Bakı

Karyerasını “Parlaq bankçılıq”da inkişaf etdirmək istəyən namizədlərimiz üçün hazırda “Xəzinədarlıq departamenti, Pul və Valyuta bazarında əməliyyatlar şöbəsi, Mütəxəssis” vakansiyasını elan edirik.

Siz elektron poçtun “mövzu” yerinə “Xəzinədarlıq” qeyd etməklə öz CV-lərinizi [email protected] ünvanına göndərə bilərsiniz.

Struktur: Xəzinədarlıq departamenti, Pul və Valyuta bazarında əməliyyatlar şöbəsi
Vəzifə: Mütəxəssis
Bilavasitə tabeçiliyi: Departament direktoru və / və ya şöbə meneceri


Vəzifə öhdəlikləri:

  • Banklararası pul və valyuta bazarında bağlanmış əqdlərin ABS-də uçotu, sənədlərin tərtibi;
  • Qiymətli kağızlar bazarında əməliyyatların uçotu, sənədlərin tərtibi;
  • MT1XX, MT2XX, MT3XX tipli sənədlərin SWIFT terminalına daxil edilməsi;
  • Şöbənin fəaliyyət sahəsinə dair analitik hesabatların, təqdimatların hazırlanması;
  • Şöbənin fəaliyyət sahəsinə dair statistik hesabatların hazırlanması;
  • Şöbənin fəaliyyət sahəsinə dair təqdimatların hazırlanması;
  • Şöbənin fəaliyyətinə sahəsinə dair bankdaxili normativ sənədlərin hazırlanması;
  • Ödəniş sistemləri ilə aparılmış əməliyyatlara nəzarət ;
  • Şöbəninn fəaliyyət sahəsinə dair əməliyyatların avtomatlaşdırılması üzrə layihələrdə iştirak.

Tələblər:

  • Müvafiq sahə üzrə minimum 2 il iş təcrübəsi;
  • Maliyyə/ iqtisadiyyat sahəsi üzrə  Ali təhsil;
  • Analitik təhlil, kritik düşünmə bacarıqları;
  • Microsoft Office proqramları üzrə biliklər (Word, Excel, PowerPoint)
  • Operativlik, Məsuliyyət, Dəqiqlik, Təşəbbüskarlıq;
  • Komanda ilə və stress vəziyyətlərdə işləmək bacarığı;
  • Bank qanunvericiliyi və Mərkəzi Bankın normativ xarakterli qaydaları haqqında biliklər;
  • Azərbaycan dilində səlis yazı və danışıq bacarığı;
  • İngilis dilini bilənlərə üstünlük veriləcəkdir

Biz Sizə nə təklif edirik:

  • Öz bilik və bacarıqlarınızı nümayiş və inkişaf etdirmək üçün rahat iş şəraiti;
  • Performansın illik qiymətləndirməsi və gələcək karyeranızın qurulması üçün geniş imkanlar;
  • Tibbi sığorta proqramına qoşulma;
  • Müasir idarəetmə sistemi və mehriban kollektiv.

İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaqdır.

Komandamıza qoşulmağa hazırsan?

Zəhmət olmasa CV-ni mövzu hissəsində vakansiyanı qeyd edərək [email protected] elektron ünvanına göndər

CV göndər
CV göndər
CV faylını yüklə

Faylı seç və ya buraya at (pdf, doc)

Yelo-dan çoxfunksiyalı mobil əlavə