Lənkəran filialı, Fiziki şəxslərə xidmət üzrə kiçik / mütəxəssis / aparıcı mütəxəssis
Şəhər
LənkəranKaryerasını “Parlaq bankçılıq”da inkişaf etdirmək istəyən namizədlərimiz üçün hazırda Lənkəran filialına Fiziki şəxslərə xidmət üzrə Kiçik mütəxəssis / Mütəxəsssis / Aparıcı mütəxəssis vakansiyalarını elan edirik. Gələcək karyera imkanlarınızı doğru şəkildə qurmaq istəyirsinizsə, Yelo bank Sizə bu arzunuzu reallaşdırmağa dəstək olacaq.
Vəzifə öhdəlikləri:
- Bankın Departamentinin təyin etdiyi tarif və şərtlər çərçivəsində kredit məhsulları üzrə xidmətin təşkili;
- Cari tariflər və qaydalar üzrə kənarlaşma təşkil edən sifarişləri baxılması üçün müvafiq komitələrə təqdim edilməsi;
- Xidmət zamanı müştəri məmuniyyətinin qorunmasını təmin edilməsi;
- Bankın kredit məhsulları barədə müştərilərin məlumatlandırılması;
- Müştərilərlə müqavilə və sazişlərin bağlanılması, onların müvafiq hesablarının açılması və qanunvericiliyə uyğun rəsmiləşdirilməsi;
- Keyfiyyətli kredit portfeli formalaşdırılması və portfelin idarə edilməsi;
- Ümumi fəaliyyətə dair hesabatların hazırlanması;
- Verilmiş kreditlərin monitorinqinin aparılması.
Tələblər:
- Ali təhsil;
- Azərbaycan dilində sərbəst danışıq bacarığı;
- Yüksək kommunikasiya bacarığı;
- Komandada işləmək bacarığı;
- Analitik düşüncə tərzi;
- Stressə davamlılıq;
- Yüksək qavrama, çevik öyrənmə qabiliyyəti;
- İşdə dəqiqlik və detallara fikir vermə qabiliyyəti;
- Müştəri yönümlülük;
- İpoteka kreditləri üzrə biliklər arzu olunandır.
Biz Sizə nə təklif edirik:
- Öz bilik və bacarıqlarınızı nümayiş və inkişaf etdirmək üçün rahat iş şəraiti;
- Performansın illik qiymətləndirməsi və gələcək karyeranızın qurulması üçün geniş imkanlar;
- Tibbi sığorta proqramına qoşulma imkanı;
- Müasir idarəetmə sistemi və mehriban kollektiv.
Siz elektron poçtun “mövzu” yerinə “Lənkəran/Universal” qeyd etməklə öz CV-lərinizi [email protected] ünvanına göndərə bilərsiniz.
Zəhmət olmasa CV-ni mövzu hissəsində vakansiyanı qeyd edərək [email protected] elektron ünvanına göndər
CV göndər