Yelo-dan çoxfunksiyalı mobil əlavə

Digər vakansiyalar

Maliyyə departamenti, MİS və büdcə şöbəsi, Mütəxəssis

Şəhər

Bakı

Karyerasını “Parlaq bankçılıq”da inkişaf etdirmək istəyən namizədlərimiz üçün hazırda Maliyyə departamenti, MİS və büdcə şöbəsində Mütəxəssis vakansiyasını elan edirik. Siz elektron poçtun “mövzu” yerinə “Maliyyə / Mütəxəssis” qeyd etməklə öz CV-lərinizi [email protected] ünvanına göndərə bilərsiniz.


Struktur: Maliyyə departamenti, MİS və büdcə şöbəsi
Vəzifə: Mütəxəssis
Bilavasitə tabeçiliyi: Şöbə meneceri və / və ya departament direktoru


Vəzifə öhdəlikləri:

  • IFRS və Idarəedici hesabatların hazırlanmasi zamanı dəstək göstərmək;
  • MIS üzrə hesabatların və müvafiq təqdimatların hazırlanması;
  • Büdcə proqnozunun hazırlanmasi zamanı dəstək göstərmək;
  • Xərclərin analizi və nəzarətinə dəstək göstərmək;
  • Biznesin seqmentlər üzrə analizi və hazirlanmasi zamanı dəstək göstərmək;
  • Daxili hesabat sisteminin inkişaf prosesinə tövhə vermək və bu prosesin davamlı təkmilləşdirilməsinə dəstək olmaq;
  • İşi mühasibat qayda və prosedurlarına və daxili sənədləşmə nəzarətinə uyğun şəkildə aparmaq;
  • Hesabat prosedurlarını daxili nəzarət tələblərinə və beynəlxalq maliyyə hesabatı standartlarına cavab verən şəkildə icra etmək.

Tələblər:

  • Ali təhsil;
  • Bank işi və ya müvafiq sahə üzrə -  ən azı 3 il iş təcrübəsi;
  • Dil bilikləri – Azərbaycan dili, yaxşı səviyyədə Rus dili və İnglis dili biliyi;
  • ACCA F3 sertifikatı;
  • MS Office proqramları üzrə (əsasən Excel, Word) yüksək səviyyədə biliklər;
  • Mühasibat uçotunun əsaslarını, prinsiplərini, standartlarını və metodlarını bilmək;
  • Yüksək dərəcədə analitik qabiliyyət, səmərəli ünsiyyətqurma bacarığı, komanda ilə işləmə qabiliyyəti, işlərini planlaşdırma bacarığı, yüksək dərəcədə məsuliyyətlilik.

Biz Sizə nə təklif edirik:

  • Öz bilik və bacarıqlarınızı nümayiş və inkişaf etdirmək üçün rahat iş şəraiti;
  • Performansın illik qiymətləndirməsi və gələcək karyeranızın qurulması üçün geniş imkanlar;
  • Tibbi sığorta proqramına qoşulma;
  • Müasir idarəetmə sistemi və mehriban kollektiv.


İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq. 

Komandamıza qoşulmağa hazırsan?

Zəhmət olmasa CV-ni mövzu hissəsində vakansiyanı qeyd edərək [email protected] elektron ünvanına göndər

CV göndər
CV göndər
CV faylını yüklə

Faylı seç və ya buraya at (pdf, doc)

Yelo-dan çoxfunksiyalı mobil əlavə