Karyerasını “Parlaq bankçılıq”da inkişaf etdirmək istəyən namizədlərimiz üçün hazırda “Brendin idarəedilməsi departamentində Aparıcı / Baş UX/UI dizayner” vakansiyasını elan edirik.
Siz elektron poçtun “mövzu” yerinə “Senior UX/UI” və ya “Middle UX/UI”qeyd etməklə öz CV-lərinizi [email protected] ünvanına göndərə bilərsiniz.
Struktur: Brendin idarəedilməsi departamenti
Vəzifə: Aparıcı / Baş UX/UI dizayner
Bilavasitə tabeçiliyi: Departament direktoru
Vəzifə öhdəlikləri:
- Məhsul sahibi, dizaynerlər və proqramçılar ilə birgə iş nəticəsində müştəri ehtiyaclarına və biznes tələblərinə uyğun UX araşdırmasının aparılması və UI dizaynların hazırlanması;
- Dizayn komandasının yönləndirilməsi;
- Məhsul fərziyyələrinin yaradılması və yoxlanılması;
- Müştərilərlə intervyuların və sorğuların keçirilməsi;
- Persona, CJM, Empathy map, User Flow və İnformasiya arxitekturasının yaradılması;
- Yaradılmış dizaynların prototiplərinin hazırlanması və uyğun istifadəçi seqmenti ilə test edilməsi;
- Brand tələblərinə uyğun dizayn prinsiplərinin tətbiqi və dizayn sistemin yaradılması və inkişaf etdirilməsi;
- Müştəri geridönüşlərinə uyğun məhsulun inkişaf etdirilməsi.
Tələblər:
- UX araşdırma, qiymətləndirmə və analitika bacarığı;
- İnterfeys dizaynların hazırlanması barədə əsas işləmə biliklərinin olması (Grid, composition, auto layout, color style, text style və s. );
- Dizaynların user-friendly olmasını və biznes tələblərinə uyğunluğunu yoxlamaq üçün prototip-test proseslərinin təşkil olunmasında təcrübə;
- Usability və A/B testing proseslərinin keçirilməsi üzrə təcrübə;
- Figma proqramı ilə işləmə bacarığı;
- Müştəri yönümlü düşünmə bacarığı;
- Komanda ilə ortaq işləmə və dəyişikliklərə uyğunlaşma bacarığı;
- Bank işi haqqında məlumat və təcrübə arzuolunandır.
- Agile yanaşma barədə biliklər və Agile komanda ilə işləmə bacarığı arzuolunandır.
Biz Sizə nə təklif edirik:
- Öz bilik və bacarıqlarınızı nümayiş və inkişaf etdirmək üçün rahat iş şəraiti;
- Performansın illik qiymətləndirməsi və gələcək karyeranızın qurulması üçün geniş imkanlar;
- Tibbi sığorta proqramına qoşulma;
- Müasir idarəetmə sistemi və mehriban kollektiv.
İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq.
Zəhmət olmasa CV-ni mövzu hissəsində vakansiyanı qeyd edərək [email protected] elektron ünvanına göndər
CV göndər