Yelo-dan çoxfunksiyalı mobil əlavə

Digər vakansiyalar

Xəzinədarlıq departamentində Müxbir banklarla iş üzrə kiçik mütəxəssis / mütəxəssis / aparıcı mütəxəssis

Karyerasını “Parlaq bankçılıq”da inkişaf etdirmək istəyən namizədlərimiz üçün hazırda “Xəzinədarlıq departamentində Müxbir banklarla iş üzrə kiçik mütəxəssis / mütəxəssis / aparıcı mütəxəssis” vakansiyasını elan edirik.

Vəzifə öhdəlikləri:

  •  Yerli və xarici müxbir banklarla hesablarla bağlı yazışmaların aparılması;
  •  Yerli və xarici müxbir bankların sorğusu əsasında hesab üzrə sənədlərin toplanması və mübadiləsi;
  •  Yerli və xarici müxbir banklardakı hesablar üzrə sənədlərin bankın digər strukturları vasitəsilə toplanması;
  •  Yerli və xarici bankların “loro” müxbir hesabları üzrə sənədlər paketinin ildə bir dəfə yenilənməsi üçün tədbirlərin görülməsi;
  •  Yerli və xarici banklar haqqında statistik, maliyyə və digər məlumatların toplanması;
  •  Fəaliyyət sahəsi üzrə hesabatların, təqdimatların hazırlanması;
  •  Yerli və xarici banklarla görüşlərin təşkil olunması;
  •  Bankın seminarlarında iştirakçı və mühazirəçi qismində fəal iştirak etmək;
  •  Fəaliyyət sahəsinə aid layihələri aparmaq;
  •  Fəaliyyətinə aid bankdaxili normativ sənədlərin hazırlanması.

Tələblər:

  •  Yüksək məntiqi düşüncə qabiliyyəti;
  •  Ali təhsil (iqtisadi təhsil arzuolunandır);
  •  Bank sahəsində minimum 1 (bir) il təcrübə (müvafiq sahədə olması arzuediləndir);
  •  Bank qanunvericiliyi haqqında biliklər;
  •  Bank alətləri haqqında ümumi biliklər;
  •  SWIFT formatları haqqında biliklər;
  •  Microsoft Office proqramlarından (Word, Excel, PowerPoint) istifadə etmək bacarığı;
  •  Yüksək səviyyədə Azərbaycan, İngilis və Rus dili bilikləri (danışmaq, yazmaq, oxumaq);
  •  Analitik təhlil, kritik düşünmə bacarıqları;
  •  Operativlik, məsuliyyət, qəqiqlik, təşəbbüskarlıq bacarıqları;
  •  Komanda ilə və stress vəziyyətlərdə işləmək bacarığı.

Biz Sizə nə təklif edirik:

  •  Öz bilik və bacarıqlarınızı nümayiş və inkişaf etdirmək üçün rahat iş şəraiti;
  •  Performansın illik qiymətləndirməsi və gələcək karyeranızın qurulması üçün geniş imkanlar;
  •  Tibbi sığorta proqramına qoşulma;
  •  Müasir idarəetmə sistemi və mehriban kollektiv

Siz elektron poçtun “mövzu” yerinə “Xəzinədarlıq_Mütəxəssis” qeyd etməklə öz CV-lərinizi [email protected] ünvanına göndərə bilərsiniz.

Komandamıza qoşulmağa hazırsan?

Zəhmət olmasa CV-ni mövzu hissəsində vakansiyanı qeyd edərək [email protected] elektron ünvanına göndər

CV göndər
CV göndər
CV faylını yüklə

Faylı seç və ya buraya at (pdf, doc)

Yelo-dan çoxfunksiyalı mobil əlavə