Multifunctional Mobile App by Yelo

List of all vacancies

Alternativ kanallar ilə satış departamenti, Alternativ kanalları ilə satışın təşkili şöbəsi, kiçik mütəxəssis, mütəxəssis (İlkin təhlil qrupu)

City

Bakı

Karyerasını “Parlaq bankçılıq”da inkişaf etdirmək istəyən namizədlərimiz üçün hazırda “Alternativ kanallar ilə satış departamenti, Alternativ kanalları ilə satışın təşkili şöbəsində kiçik mütəxəssis, mütəxəssis (ilkin təhlil qrupu)” vakansiyasını elan edirik.
Siz elektron poçtun “mövzu” yerinə “First contact” qeyd etməklə öz CV-lərinizi [email protected] ünvanına göndərə bilərsiniz.

Struktur: Alternativ kanallar ilə satış departamenti, Alternativ kanalları ilə satışın təşkili şöbəsi (ilkin təhlil qrupu)
Vəzifə: Kiçik mütəxəssis, mütəxəssis
Bilavasitə tabeçiliyi: Departament direktoru


Vəzifə öhdəlikləri:

  • Qrup rəhbəri,şöbə müdiri,departament rəhbəri tərəfindən verilən göstərişləri icra etmək;
  • Bankın Departamentinin təyin etdiyi tarif və şərtlər çərçivəsində kredit və qeyri-kredit məhsulları üzrə onlayn xidmətin təşkili və yönləndirmək;
  • Bankın elektron kanalları vasitəsi ilə daxil olmuş kredit sifarişlərini ilkin təhlilini təşkil etmək;
  • Bankın təkrar həmçinin yeni müştərilərinin telefon vasitəsi ilə cəlb etmək;
  • Gördüyü işlərlə bağlı gündəlik,aylıq,rüblük,illik hesabatı hazırlayıb qrup rəhbərinə,şöbə müdirinə, təqdim etmək;
  • Daxil olmuş sifarişlərin satış əməkdaşları arasında bərarbər bölgüsünü tənzimləmək;
  • Bankın məhsul və xidmətlərini özündə əks etdirən reklam materiallarını müştərilər arasında təbliğ etmək;
  • Aylıq hədəflər üzrə təyin edilmiş satış planlarını yerinə yetirmək;
  • Bazar araşdırması məqsədilə müştərilərə sorğu xarakterli zənglər etmək.

Tələblər:

  • Ali təhsil;
  • Analitik təhliletmə qabiliyyəti;
  • İşgüzar ünsiyyət qurmaq, komanda tərkibində işləmək və inandırmaq bacarığı;
  • Azərbaycan və Rus dillərini mükəmməl səviyyədə bilməsi (İngilis dili arzu olunandır);
  • MS Office proqramlarından sərbəst istifadə bacarığı;
  • Məsuliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi keyfiyyətlərə malik olması.

Biz Sizə nə təklif edirik:

  • Öz bilik və bacarıqlarınızı nümayiş və inkişaf etdirmək üçün rahat iş şəraiti;
  • Performansın illik qiymətləndirməsi və gələcək karyeranızın qurulması üçün geniş imkanlar;
  • Ttibbi sığorta proqramına qoşulma;
  • Müasir idarəetmə sistemi və mehriban kollektiv.

İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq. 

Ready to join our team?

Please send your CV to the email [email protected] indicating the vacancy on the subject line

Apply for this vacancy
Apply for this vacancy
Drag and drop

Your resume here or Browse to upload (pdf, doc)

Yelobank mobile application