Multifunctional Mobile App by Yelo

List of all vacancies

CVM şöbəsi, Data elmi üzrə baş mütəxəssis (Senior Data Scientist)

City

Bakı

Karyerasını “Parlaq bankçılıq”da inkişaf etdirmək istəyən namizədlərimiz üçün hazırda CVM şöbəsində Data elmi üzrə baş mütəxəssis (Senior Data Scientist) vakansiyasını elan edirik. Gələcək karyera imkanlarınızı doğru şəkildə qurmaq istəyirsinizsə, Yelo bank sizə bu arzunuzu reallasdırmağa dəstək olacaq.

Struktur: CVM şöbəsi
Vəzifə: Data elmi üzrə baş mütəxəssis (Senior Data Scientist)
Bilavasitə tabeçiliyi: Menecer


Vəzifə öhdəlikləri:

  • Biznes hədəflərini təkmilləşdirmək üçün statistik modellərin (təsnifat modeli və s.) qurulması və optimallaşdırılması;
  • Riyaziyyat, statistika, kompüter elmləri, "machine learning" və məlumatların vizuallaşdırılması kimi tətbiq üsulları vasitəsilə məlumatların təhlil edilməsi;
  • Trendlər və ya nümunələrdən fərdi modellər və ya prototiplər yaratmaqla məlumat əsasında qərar qəbul edilməsinə dəstək olmaq;
  • Trendləri və nümunələri aşkar etmək, məhsulun inkişafı və biznes strategiyalarının optimallaşdırılması və təkmilləşdirilməsi məqsədilə şirkətin verilənlər bazasından böyük həcmdə məlumatların təhlili;
  • Modelləşdirmə nəticələrini və məlumatların da\aydın və ardıcıl şəkildə təqdim etmək.

Tələblər:

  • Ali təhsil;
  • Alqoritmləri və məlumat strukturunu yaxşı başa düşmək;
  • Python`la iş təcrübəsi;
  • SQL biliyi böyük üstünlükdür;
  • Qabaqcıl statistik üsullar və konsepsiyalar, o cümlədən reqressiya, təsnifat, paylanma xüsusiyyətləri, statistik testlər və s. sahəsində bilik və təcrübə;
  • Statistik anlayışları və bilikləri real tətbiq etmək təcrübəsi;
  • Məlumatların vizuallaşdırılması vasitələrindən (Power BI, Tableu və s.) istifadə etmək bacarığı;
  • Komandalararası əməkdaşlığı təşviq etmək üçün yaxşı ünsiyyət bacarıqları;
  • Data elm sahəsini və onun biznesə tətbiqini öyrənmək həvəsi.

Biz Sizə nə təklif edirik:

  • Öz bilik və bacarıqlarınızı nümayiş və inkişaf etdirmək üçün rahat iş şəraiti;
  • Tibbi sığorta proqramına qoşulma;
  • Müasir idarəetmə sistemi və mehriban kollektiv.

Siz elektron poçtun “mövzu” yerinə “Senior Data Scientist” qeyd etməklə öz CV-lərinizi [email protected] ünvanına göndərə bilərsiniz.

İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaqdır.

 

 

Ready to join our team?

Please send your CV to the email [email protected] indicating the vacancy on the subject line

Apply for this vacancy
Apply for this vacancy
Drag and drop

Your resume here or Browse to upload (pdf, doc)

Yelobank mobile application