Multifunctional Mobile App by Yelo

List of all vacancies

Kreditlərin anderraytinqi və monitorinq departamenti, Kreditlərin monitorinqi şöbəsi, Mütəxəssis

City

Bakı

Karyerasını “Parlaq bankçılıq”da inkişaf etdirmək istəyən namizədlərimiz üçün hazırda “Kreditlərin anderraytinqi və monitorinq departamenti, Kreditlərin monitorinqi şöbəsində Mütəxəssis” vakansiyasını elan edirik.
Siz elektron poçtun “mövzu” yerinə “Monitorinq” qeyd etməklə öz CV-lərinizi [email protected] ünvanına göndərə bilərsiniz.

Struktur: Kreditlərin anderraytinqi və monitorinq departamenti, Kreditlərin monitorinqi şöbəsi
Vəzifə: Mütəxəssis
Bilavasitə tabeçiliyi: Departament direktoru və / və ya şöbə meneceri


Vəzifə öhdəlikləri:

  • Cari kreditlər üzrə sənədlərin yoxlanılması və monitorinqinin həyata keçirilməsi;
  • Monitorinq nəticələri ilə bağlı hesabatların hazırlanması;
  • Monitorinq zamanı aşkar olunan potensial risk və nöqsanlar barədə rəhbərliyə məlumat verilməsi;
  • Mütəmadi olaraq bankın region filiallarına səfər olunması.

Tələblər:

  • Ali təhsil (iqtisadi, maliyyə sahəsi üzrə təhsil arzuolunandır);
  • Bankda kredit sahəsi üzrə minimum 1 illik iş təcrübəsi;
  • Analitik düşünmə və təhlil bacarığı;
  • Komandada işləmək bacarığı;
  • Müştərilərlə yüksək səviyyədə ünsiyyət qurma bacarığı;
  • İşdə dəqiqlik və detallara fikir vermə qabiliyyəti;
  • Bank fəaliyyətinə dair qanunvericiliyi və normativ hüquqi sənədlər üzrə biliklər arzuolunandır;
  • Sərbəst Azərbaycan dili biliyi mütləq, Rus dili biliyi arzuolunandır;
  • MS Office (Word, Excel) proqramları biliklər.

Biz Sizə nə təklif edirik:

  • Öz bilik və bacarıqlarınızı nümayiş və inkişaf etdirmək üçün rahat iş şəraiti;
  • Performansın illik qiymətləndirməsi və gələcək karyeranızın qurulması üçün geniş imkanlar;
  • Ttibbi sığorta proqramına qoşulma;
  • Müasir idarəetmə sistemi və mehriban kollektiv.

Qeyd edək ki, İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaqdır.

Ready to join our team?

Please send your CV to the email [email protected] indicating the vacancy on the subject line

Apply for this vacancy
Apply for this vacancy
Drag and drop

Your resume here or Browse to upload (pdf, doc)

Yelobank mobile application