Karyerasını “Parlaq bankçılıq”da inkişaf etdirmək istəyən namizədlərimiz üçün hazırda Təchizat və Satınalma şöbəsində Mütəxəssis vakansiyasını elan edirik.
Struktur: Təchizat və Satınalma şöbəsi
Vəzifə: Mütəxəssis
Bilavasitə tabeçiliyi: Menecer
Vəzifə öhdəlikləri:
- Müqavilələrin tərtib edilməsi və müqavilələr üzrə tarixlərinin nəzarətdə saxlanılması,
- Satınalma sahəsinə aid olan istənilən sənədin (müqavilə, məktub, dəyişiklik, aktlar və s.) layihəsinin hazırlanması, razılaşdırılması və qeydiyyat sisteminin aparılması;
- İmzalanmış müqavilələrin planlaşdırılması, icrası və idarə edilməsi (Müqavilə üzrə öhdəliklərin vaxtında və müqavilənin şərtlərinə uyğun icrası, Müqaviləyə əlavə və dəyişikliklərin icrası, Podratçılarla müvafiq koordinasiya və əlaqələndirmə işləri və s.);
- Müqavilələr üzrə işlərin bütün icra mərhələlərini əhatə edən idarəetmənin təşkili (icra, hesabatların təqdim edilməsi, xərclərə nəzarət, hesab fakturaların təqdim edilməsi, müqavilələrin yekunlaşdırılması, və s.).
Tələblər:
- Ali təhsil;
- Azərbaycan və rus dilində səlis danışıq və yazmaq bacarığı
- Kommunikasiya qabiliyyətlərinin olması (aydın və səlist nitq və yazı qabiliyyəti);
- Tikinti və Təchizat tipli müqavilələrin idarə edilməsi sahəsində təcrübə üstünlükdür;
- Satınalma müqavilələri ilə işləmə və analiz etmə bacarığı;
Biz Sizə nə təklif edirik:
- Öz bilik və bacarıqlarınızı nümayiş və inkişaf etdirmək üçün rahat iş şəraiti;
- Performansın illik qiymətləndirməsi və gələcək karyeranızın qurulması üçün geniş imkanlar;
- Sığorta proqramına qoşulma imkanı;
- Müasir idarəetmə sistemi və mehriban kollektiv.
Siz elektron poçtun “mövzu” yerinə “Təchizat” qeyd etməklə öz CV-lərinizi [email protected] ünvanına da göndərə bilərsiniz.
İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq.
Please send your CV to the email [email protected] indicating the vacancy on the subject line
Apply for this vacancy