Məhsulların inkişafı departamenti, Məhsul üzrə ekspert (Pərakəndə müştərilər/Kredit məhsulları)
City
BakıKaryerasını “Parlaq bankçılıq”da inkişaf etdirmək istəyən namizədlərimiz üçün hazırda “Məhsulların inkişafı departamentində Məhsul üzrə ekspert (Pərakəndə müştərilər/Kredit məhsulları)” vakansiyasını elan edirik.
Siz elektron poçtun “mövzu” yerinə uyğun olaraq “Məhsul üzrə ekspert” qeyd etməklə öz CV-lərinizi [email protected] ünvanına göndərə bilərsiniz.
Struktur: Məhsulların inkişafı departamenti
Vəzifə: Məhsul üzrə ekspert (Pərakəndə müştərilər/Kredit məhsulları)
Bilavasitə tabeçiliyi: Departament direktoru
Vəzifə öhdəlikləri:
- Bankın strategiyasına uyğun məhsulları yaratmaq və inkişaf etdirmək;
- Bazarı araşdırmaq, biznes müştərilərin ehtiyaclarını müəyyənləşdirmək, bu məqsədlə müştərilərlə görüşləri aparmaq; təkmilləşdirilmiş müştəri təcrübəsinə nail olmaq;
- Məhsulun yaradılması üzrə xərc / gəlirlərin hesablanması və təhlilini aparmaq;
- Məhsulun yol xəritəsini (roadmap) hazırlamaq;
- Biznes hədəflərinə çatmaq üçün görüləcək işləri və mövcud tapşırıqları (backlog) prioritetləşdirmək və yerinə yetirilməsini idarə etmək
- Ümumi hədəflərə çatmaq üçün məhsululun yaradılması üzrə kross-funksional komandanı yönəltmək;
- Seqment müştərilərinin ehtiyaclarına cavab verən məhsul və xidmətləri komanda ilə birgə hazırlamaq;
- Yeni məhsul ideyalarını qiymətləndirmək və onların bazara çıxarılması strategiyasını hazırlamaq;
- Məhsul boşluqlarının müəyyənləşdirmək və onların aradan qaldırılmasını təmin etmək;
- Məhsulun effektiv marketinq kommunikasiya planının hazırlanmasında iştirak etmək.
Tələblər:
- Bank işi, əsasən də kart məhsulu üzrə təcrübə - ən azı 2 il
- Məhsulların yaradılması və inkişafı üzrə təcrübə arzuolunandır
- Azərbaycan dilini mükəmməl bilmək, Rus və İngilis dili bilikləri arzuolunandır;
- Ali təhsil;
- MS Office proqramları üzrə (əsasən Excel və Power point) yüksək səviyyədə biliklər;
- PPO, PSPO , ACP, CSPO və ya analoqu olan sertifikatlara sahib olmaq üstünlükdür;
- Müştəri seqmenti və məhsul üzrə biliklər;
- Agile metodologiya üzrə biliklər arzuolunandır;
- “Design thinking” metodoligiyası üzrə biliklər arzuolunandır.
- Kross-funksional komandanın işini effektiv təşkil etmək bacarığı;
- Strateji düşüncə;
- Çətinliklərin öhdəsindən gəlmə bacarığı;
- Effektiv kommunikasiya, təqdimat və liderlik bacarıqları;
- Yüksək analitik düşüncə, planlaşdırma və çərçivələrdən kənar düşünmə bacarığı.
Biz Sizə nə təklif edirik:
- Öz bilik və bacarıqlarınızı nümayiş və inkişaf etdirmək üçün rahat iş şəraiti;
- Performansın illik qiymətləndirməsi və gələcək karyeranızın qurulması üçün geniş imkanlar;
- Tibbi sığorta proqramına qoşulma;
- Müasir idarəetmə sistemi və mehriban kollektiv.
İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaqdır.
Please send your CV to the email [email protected] indicating the vacancy on the subject line
Apply for this vacancy