Mühasibatlıq və Mütləq hesabatlar departamenti, Mühasibatlıq şöbəsi, Aparıcı və ya Baş mütəxəssis
City
BakıKaryerasını “Parlaq bankçılıq”da inkişaf etdirmək istəyən namizədlərimiz üçün hazırda “Mühasibatlıq və Mütləq hesabatlar departamenti, Mühasibatlıq şöbəsində Aparıcı və ya Baş mütəxəssis” vakansiyasını elan edirik.
Siz elektron poçtun “mövzu” yerinə uyğun olaraq “Mühasib” qeyd etməklə öz CV-lərinizi [email protected] ünvanına göndərə bilərsiniz.
Struktur: Mühasibatlıq və Mütləq hesabatlar departamenti, Mühasibatlıq şöbəsi
Vəzifə: Aparıcı və ya Baş mütəxəssis
Bilavasitə tabeçiliyi: Departament direktoru və / və ya menecer
Vəzifə öhdəlikləri:
- Bankda mühasibat uçotu əməliyyatlarını həyata keçirmək;
- Podratçılarla müqavilələr əsasında göstərilən xidmətlər üzrə ödənişlərin vaxtında hesablanması, aparılması və sistemdə düzgün əks olunmasını təmin etmək;
- Ödəniş tapşırıqlarının tərtibi, təsdiq olunmuş aktlar əsasında onların qeydiyyatı və ödəniş üçün sonrakı təhvili;
- Əsas vəsaitlərin uçotu;
- Fiziki şəxslərlə bağlanılmış müqavilələrin hesablaşmalarının mühasibat uçotunda əks etdirilməsi;
- Əmtəə-material qiymətlilərinin alışına cavabdeh olan bölmələr tərəfindən təqdim olunmuş sənədlər əsasında filiallar üzrə xərclərin allokasiyası;
- Bankın işçilərinə ezamiyyət və nümayəndəlik xərcləri üzrə avans hesabatların təqdimatı.
Tələblər:
- Banklar və bank fəaliyyəti haqqında mövcud AR Qanunvericiliyini bilmək;
- AR MB-nın normativ sənədlərini bilmək;
- AR Əmək, Vergi qanunvericiliyini bilmək;
- Excel və 1C proqramarında işləmək bacarığı;
- Bank işinin əsaslarını və bank sisteminin strukturunu bilmək;
- Bankın maliyyə və təsərrüfat fəaliyyətinin uçotunu və mühasibat uçotunun əsaslarını, təhlil və planlaşdırma metodlarını bilməki;
- İqtisad xarakterli məlumatlarla analitik işin aparılma bacarığı.
Biz Sizə nə təklif edirik:
- Öz bilik və bacarıqlarınızı nümayiş və inkişaf etdirmək üçün rahat iş şəraiti;
- Performansın illik qiymətləndirməsi və gələcək karyeranızın qurulması üçün geniş imkanlar;
- Tibbi sığorta proqramına qoşulma;
- Müasir idarəetmə sistemi və mehriban kollektiv.
İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaqdır.
Please send your CV to the email [email protected] indicating the vacancy on the subject line
Apply for this vacancy