Multifunctional Mobile App by Yelo

List of all vacancies

Təchizat və satınalma şöbəsinin mütəxəssisi

City

Bakı

Karyerasını “Parlaq bankçılıq”da inkişaf etdirmək istəyən namizədlərimiz üçün hazırda “Təchizat və satınalma şöbəsinin mütəxəssisi” vakansiyasını elan edirik.

Vəzifə öhdəlikləri:

•    Struktur bölmələrdən daxil olan satınalma sifarişlərinin vaxtında və tələb olunan keyfiyyətdə icrasını təmin etmək;
•    Satınalma prosesində yarana biləcək çətinliklərin, uyğunsuzluqların aradan qaldırılması və ya bu istiqamətdə işlərin koordinasiyası;
•    Bazar araşdırmalarının aparılması və yeni tədarükçülərin tapılmasını təmin etmək, Tenderlərin təşkilində iştirak etmək;
•    Satınalma prosesində təhlükəsizliyi, keyfiyyəti və qaydalara uyğunluğunu təmin etmək;
•    Mövcud sifarişlər və tədarük əlaqələri haqqında araşdırma aparmaq;
•    Qiymət, malların keyfiyyəti, son tarixlər, gözləntilər və s. haqqında təchizatçılarla danışıqlar aparmaq;
•    Tədarükçülərlə müqavilələrin bağlanması, müqavilə şərtlərinin müəyyən edilməsi və müqavilə şərtləri üzrə öhdəliklərin vaxtında icra edilməsinə nəzarət etmək;
•    Satınalma sifarişlərinin, müqavilələrin və digər lazımi sənədlərin reysterinin aparılmasını, davamlı olaraq monitorinq olunmasını təmin etmək;
•    Təchizat müqavilələri və sazişləri üçün risklərin idarə edilməsini həyata keçirmək;
•    Tədarükçülərin seçimi və qiymətləndirilməsi üçün tabe olduğu rəhbərliyə sorğu üzrə müqayisə cədvəllərini (Bids Summary) təqdim etmək.

Tələblər:

•    Ali təhsil, İqdisadiyyat və Maliyyə sahəsi üzrə arzuolunandır;
•    Layihələrin idarə olunması bacarığı;
•    Satınalma sahəsində müvafiq olaraq 0-2 il iş təcrübəsi;
•    MS ofis proqramları, yüksək səviyyədə MS Excel bilikləri;
•    Səlis Azərbaycan dili biliyi, orta səviyyədə İngilis dili biliyi, Rus dili biliyi arzuolunandlr.

Biz Sizə nə təklif edirik:

•    Öz bilik və bacarıqlarınızı nümayiş və inkişaf etdirmək üçün rahat iş şəraiti;
•    Müasir idarəetmə sistemi, innovativ və mehriban kollektiv;
•    Tibbi sığorta;
•    Yığım sığortasına qoşulma imkanı.

Siz elektron poçtun “mövzu” yerinə “Təchizat üzrə mütəxəssis” qeyd etməklə öz CV-lərinizi [email protected] ünvanına göndərə bilərsiniz.

Ready to join our team?

Please send your CV to the email [email protected] indicating the vacancy on the subject line

Apply for this vacancy
Apply for this vacancy
Drag and drop

Your resume here or Browse to upload (pdf, doc)

Yelobank mobile application