Multifunctional Mobile App by Yelo

List of all vacancies

Xəzinədarlıq Departamenti, Müxbir banklarla iş üzrə kiçik mütəxəssis / mütəxəssis

City

Bakı

Karyerasını “Parlaq bankçılıq”da inkişaf etdirmək istəyən namizədlərimiz üçün hazırda  "Xəzinədarlıq Departamentində Müxbir banklarla iş üzrə kiçik mütəxəssis / mütəxəssis" vakansiyasını elan edirik. Gələcək karyera imkanlarınızı doğru şəkildə qurmaq istəyirsinizsə, Yelo bank Sizə bu arzunuzu reallaşdırmağa dəstək olacaq.  

Struktur: Xəzinədarlıq departamenti
Vəzifə: Müxbir banklarla iş üzrə kiçik mütəxəssis / mütəxəssis
Bilavasitə tabeçiliyi: Departament direktoru

Vəzifə öhdəlikləri:

  • Yerli və xarici müxbir banklarla hesablarla bağlı yazışmaların aparılması;
  • Yerli və xarici müxbir bankların sorğusu əsasında hesab üzrə sənədlərin toplanması və mübadiləsi;
  • Yerli və xarici müxbir banklardakı hesablar üzrə sənədlərin bankın digər strukturları vasitəsilə toplanması;
  • Yerli və xarici bankların loro müxbir hesabları üzrə sənədlər paketinin ildə bir dəfə yenilənməsi üçün tədbirlərin görülməsi; 
  • Yerli və xarici banklarla müxbir hesab müqavilələrinin ilkin biznes ekspertizasının aparılması;
  • Yerli və xarici banklar haqqında statistik, maliyyə və digər məlumatların toplanması;
  • Yerli və xarici banklarla görüşlərin təşkil olunması;
  • Səlahiyyətlər çərçivəsində bankın informasiya təhlükəsizliyi tələblərinə riayət;
  • Departamentinin fəaliyyətinə aid daxili normativ sənədlərin, reqlamentlərinin və prosedurların işlənməsində iştirak; 
  • Sahəsinə uyğun təqdimatların hazırlanması.
     

Tələblər

  • Ali təhsil;
  • Microsoft Office proqramlarını (Word, Excel, PowerPoint) istifadəçi səviyyəsində bilmək;
  • Azərbaycan dili – mükəmməl,Rus və İngilis dilləri üzrə minimum yaxşı səviyyəsində biliklər mütləqdir;
  • Analitik təhlil, kritik düşünmə bacarıqları;
  • Təşəbbüskarlıq, məsuliyyət, dəqiqlik;
  • Stress vəziyyətlərdə işləmək bacarığı.
  • Komandada işləmək bacarığı;
  • Müstəqil işləmək bacarığı.

Biz Sizə nə təklif edirik:

  • Performansın illik qiymətləndirməsi və gələcək karyeranızın qurulması üçün geniş imkanlar;
  • Tibbi sığorta proqramına qoşulma;
  • Öz bilik və bacarıqlarınızı nümayiş və inkişaf etdirmək üçün rahat iş şəraiti;
  • Müasir idarəetmə sistemi və mehriban kollektiv.

Siz elektron poçtun “mövzu” yerinə “Xəzinədarlıq_Müxbir hesablar” qeyd etməklə öz CV-lərinizi [email protected] ünvanına da göndərə bilərsiniz. 

İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaqdır.

Ready to join our team?

Please send your CV to the email [email protected] indicating the vacancy on the subject line

Apply for this vacancy
Apply for this vacancy
Drag and drop

Your resume here or Browse to upload (pdf, doc)

Yelobank mobile application