Karyerasını “Parlaq bankçılıq”da inkişaf etdirmək istəyən namizədlərimiz üçün hazırda Maliyyə departamenti, MİS və büdcə şöbəsində Mütəxəssis vakansiyasını elan edirik. Siz elektron poçtun “mövzu” yerinə “Maliyyə / Mütəxəssis” qeyd etməklə öz CV-lərinizi [email protected] ünvanına göndərə bilərsiniz.
Struktur: Maliyyə departamenti, MİS və büdcə şöbəsi
Vəzifə: Mütəxəssis
Bilavasitə tabeçiliyi: Şöbə meneceri və / və ya departament direktoru
Vəzifə öhdəlikləri:
- IFRS və Idarəedici hesabatların hazırlanmasi zamanı dəstək göstərmək;
- MIS üzrə hesabatların və müvafiq təqdimatların hazırlanması;
- Büdcə proqnozunun hazırlanmasi zamanı dəstək göstərmək;
- Xərclərin analizi və nəzarətinə dəstək göstərmək;
- Biznesin seqmentlər üzrə analizi və hazirlanmasi zamanı dəstək göstərmək;
- Daxili hesabat sisteminin inkişaf prosesinə tövhə vermək və bu prosesin davamlı təkmilləşdirilməsinə dəstək olmaq;
- İşi mühasibat qayda və prosedurlarına və daxili sənədləşmə nəzarətinə uyğun şəkildə aparmaq;
- Hesabat prosedurlarını daxili nəzarət tələblərinə və beynəlxalq maliyyə hesabatı standartlarına cavab verən şəkildə icra etmək.
Tələblər:
- Ali təhsil;
- Bank işi və ya müvafiq sahə üzrə - ən azı 3 il iş təcrübəsi;
- Dil bilikləri – Azərbaycan dili, yaxşı səviyyədə Rus dili və İnglis dili biliyi;
- ACCA F3 sertifikatı;
- MS Office proqramları üzrə (əsasən Excel, Word) yüksək səviyyədə biliklər;
- Mühasibat uçotunun əsaslarını, prinsiplərini, standartlarını və metodlarını bilmək;
- Yüksək dərəcədə analitik qabiliyyət, səmərəli ünsiyyətqurma bacarığı, komanda ilə işləmə qabiliyyəti, işlərini planlaşdırma bacarığı, yüksək dərəcədə məsuliyyətlilik.
Biz Sizə nə təklif edirik:
- Öz bilik və bacarıqlarınızı nümayiş və inkişaf etdirmək üçün rahat iş şəraiti;
- Performansın illik qiymətləndirməsi və gələcək karyeranızın qurulması üçün geniş imkanlar;
- Tibbi sığorta proqramına qoşulma;
- Müasir idarəetmə sistemi və mehriban kollektiv.
İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq.
Please send your CV to the email [email protected] indicating the vacancy on the subject line
Apply for this vacancy