Karyerasını “Parlaq bankçılıq”da inkişaf etdirmək istəyən namizədlərimiz üçün hazırda “Brendin idarəedilməsi departamentində UX/UI dizayner” vakansiyasını elan edirik.
Siz elektron poçtun “mövzu” yerinə “UX/UI” qeyd etməklə öz CV-lərinizi [email protected] ünvanına göndərə bilərsiniz.
Struktur: Brendin idarəedilməsi departamenti
Vəzifə: UX/UI dizayner
Bilavasitə tabeçiliyi: Departament direktoru
Vəzifə öhdəlikləri:
- Product Owner, Design Lead və tərtibatçılar ilə birgə iş nəticəsində müştəri tələblərinə/ehtiyaclarına, məhsulun mövzusuna, vizyonuna və biznes tələbinə uyğun UX və UI dizaynların yaradılması;
- Yaradılmış dizaynların istifadəçi təcrübəsinin standartlar daxilində tam müasir metodlarla test edilməsi;
- Son trendlərə uyğun dizayn prinsiplərinin tətbiqi və dizayn sistemin yaradılması, inkişaf etdirilməsi;
- Yaradılmış rəqəmsal məhsulların interface dizaynının inkişaf etdirilməsi.
Tələblər:
- Biznes tələblərə uyğun UX dizaynların və konseptlərinin hazırlanmasında təcrübə;
- Araşdırma, qiymətləndirmə və analitika bacarığı;
- Dizaynların doğruluğunun və biznes tələblərə cavab verdiyinin yoxlanılması üçün prototip-test proseslərinin təşkil olunmasında təcrübə;
- Usability və A/B testing proseslərinin təşkili üzrə təcrübə;
- Vizual, interaktiv dizayn qabiliyyətləri və ya vizyonu;
- Sketch, Figma və Adobe CS proqramlarının istifadəsində təcrübə;
- Bank işi haqqında məlumat, bank işində təcrübə arzuolunandır.
Biz Sizə nə təklif edirik:
- Öz bilik və bacarıqlarınızı nümayiş və inkişaf etdirmək üçün rahat iş şəraiti;
- Performansın illik qiymətləndirməsi və gələcək karyeranızın qurulması üçün geniş imkanlar;
- Tibbi sığorta proqramına qoşulma;
- Müasir idarəetmə sistemi və mehriban kollektiv.
İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq.
Please send your CV to the email [email protected] indicating the vacancy on the subject line
Apply for this vacancy