Многофункциональное мобильное приложение Yelo

Все вакансии

Daxili audit departamenti, Auditor / Aparıcı auditor

Город

Bakı

Karyerasını “Parlaq bankçılıq”da inkişaf etdirmək istəyən namizədlərimiz üçün hazırda “Daxili audit departamentində Auditor / Aparıcı auditor” vakansiyasını elan edirik.
Siz elektron poçtun “mövzu” yerinə “Auditor” qeyd etməklə öz CV-lərinizi [email protected] ünvanına göndərə bilərsiniz.

Struktur: Daxili audit departamenti 
Vəzifə: Auditor və ya aparıcı auditor
Bilavasitə tabeçiliyi: Departament direktoru və / və ya menecer


Vəzifə öhdəlikləri:

  • Mövcud proseslərin qanunvericilik və Bankdaxili qaydalar əsasında təhlili və qeydiyyatının aparılması;
  • Cari tariflər və qaydalar üzrə kənarlaşmaların müəyyən olunması və onların səbəblərinin araşdırılması;
  • Müxtəlif istiqamətlərdə qəfləti yoxlamaların aparılması;
  • Müvafiq proseslər üzrə risklərin müəyyənləşdirilməsi və qiymətləndirilməsi;
  • Müvafiq proseslər üzrə tətbiq olunmuş nəzarət tədbirlərinin effektivliyinin qiymətləndirilməsi;
  • Aparılmış yoxlamalara dair hesabatların hazırlanması;
  • Daxili Auditorlar Institutunun və bankın etika məcəlləsinə riayət olunması;
  • DAD fəaliyyətinin qaydalarına uyğun olaraq audit fəaliyyətinin həyata keçirilməsi;
  • DAD əməkdaşları və zəruri olduqda Bankın digər əməkdaşları üçün müvafiq mövzularda təlimlərin həyata keçirilməsi;
  • Audit fəaliyyətinə aid qanunvericilik və beynəlxalq praktikada qəbul olunmuş digər vəzifələrin həyata keçirilməsi.

Tələblər:

  • Müvafiq istiqamət üzrə Azərbaycan Respublikasının qanunlarını, bankdaxili normativ sənədləri bilməli;
  • Vətəndaş qüsursuzluğuna malik olmalı;
  • Ali iqtisadi və ya hüquqi təhsilə və kreditləşmə sahəsində azı iki illik iş stajına malik olmalı; 
  • Analitik düşünmə qabiliyyəti olmalı, riyazi  və məntiqi təfəkkürə malik olmalı;
  • MS Office proqramlarında və digər tələb olunan proqramlarda işləmə bacarığı olmalı;
  • Komanda ilə işləmə qabiliyyəti olmalı;
  • Ünsiyyət bacarığı olmalı;
  • Yaradıcı və təşəbbüskar olmalı;
  • Məsuliyyətlilik və özünütənqid qabiliyyəti olmalı;
  • Yeni vəziyyətə, məlumata və çətinliklərə adaptasiya olma bacarığı və istəyi olmalı;
  • Yüksək qavrama, öyrənmə və insanları inandırma qabiliyyəti;
  • İşdə dəqiqlik və detallara fikir vermə qabiliyyəti.    

Biz Sizə nə təklif edirik:

  • Öz bilik və bacarıqlarınızı nümayiş və inkişaf etdirmək üçün rahat iş şəraiti;
  • Performansın illik qiymətləndirməsi və gələcək karyeranızın qurulması üçün geniş imkanlar;
  • Tibbi sığorta proqramına qoşulma;
  • Müasir idarəetmə sistemi və mehriban kollektiv.

İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaqdır.

Готовы присоединиться к нашей команде?

Пожалуйста, отправьте свое резюме на электронную почту [email protected] с указанием вакансии в теме

Подать заявку на эту вакансию
Подать заявку на эту вакансию
Перетащите файл

или загрузите с папки (pdf, doc)

Yelobank мобильное приложение