Proqram Təminatının inkişafı departamenti, Bank proqram sisteminin inkişafı şöbəsi, Biznes analitik
Город
BakıKaryerasını “Parlaq bankçılıq”da inkişaf etdirmək istəyən namizədlərimiz üçün hazırda “Proqram Təminatının inkişafı departamenti, Bank proqram sisteminin inkişafı şöbəsində Biznes analitik” vakansiyasını elan edirik.
Siz elektron poçtun “mövzu” yerinə “Biznes analitik (core banking)” qeyd etməklə öz CV-lərinizi [email protected] ünvanına göndərə və ya buradan CV-nizi yükləyə bilərsiniz.
Struktur: Proqram Təminatının inkişafı departamenti, Bank proqram sisteminin inkişafı şöbəsi
Vəzifə: Biznes analitik
Bilavasitə tabeçiliyi: Departament direktoru və / və ya şöbə meneceri
Vəzifə öhdəlikləri:
- Layihələri təşəbbüsü, o cümlədən layihə sifarişlərinin toplanması və baxılması
- Layihələrin idarə edilməsinə dəstək;Layihələrin gerçəkləşməsinə mane olan problemlərin həllinə dəstək
- Layihənin şərtləri və ya büdcəsi təsdiq olunmuşdan artıq dəyişdiyi halda, layihə sənədləşməsinin düzəldilməsi və hazırlanması
- Təsdiq olunmuş layihə sənədləşməsinin layihələrin icrasının uyğunluğunun monitorinqi və cari nəzarət
- Sistemlərdəki dəyişikliklərə dair tələblərin təhlili
- Layihələr üzrə hesabatların hazırlanması
- Texniki şöbə ilə əlaqəli iş sorğularını və layihə fəaliyyətlərini müvafiq bölmələr arasında idarə və koordinasiya etmək
- Mövcud proseslərin səmərəliliyi və mümkün olan optimizasiyasının auditinə dəstək
- Təcrübələrə və sənaye həllərinə əsaslanaraq arzu olunan hədəflərə çatmaq və ya yaxınlaşdırmaq üçün alternativ həllər təklif etmək
- Bank və əlaqəli sistemlərin inkişafı və təkmilləşdirmə sahəsində layihələrin müstəqil təşəbbüsü və reallaşması
- Layihələrin effektiv realizasiyasını, əlaqələndirilməsini və idarəetməni təmin edilməsinə dəstək olmaq
- Layihələrin gerçəkləşməsi çərçivəsində bankın bölmələri arasında qarşılıqlı əlaqələrin təkmilləşdirilməsi
- İdarə Heyətinin, İdarə Heyəti sədrinin və birbaşa rəhbərlərin birbaşa tapşırıqlarının icrası
- Layihələrin gerçəkləşməsi çərçivəsində bölmələrin qarşılıqlı əlaqələri üzrə metodoloji və reqlamentli sənədlərin və layihələrin tətbiqi metodologiyasının aktual vəziyyətdə dəstəklənməsi və işlənməsi
- Bankın proqram təminatlarının dəstəyi
- Biznes proseslərini və iş proseslərini, həmçinin onların mövcud və gələcək proqram təminatları ilə əlaqələrini anlamaq və sənədləşdirmək
- Təklif olunan layihələrin miqyasını, faydalarını və riklərini optimallaşdırmaqla biznes istifadəçilərinə və İT rəhbərliyinə dəstək olunması, istifadəçilərin və rəhbərliyin gözləntilərinin idarə etməkdə dəstək;
- Layihələrin icrası üçün daxili resursları və üçüncü tərəfi/təchizatçıları əlaqələndirmək
- Bütün layihələrin vaxtında, əhatə dairəsi daxilində və büdcə çərçivəsində icrasını təmin etmək
- Layihələri biznes keys, planlama, icra və tamamlanması daxil, başlanğıcdan sona qədər tam olaraq idarə etmək
- Verilən hədəf, vaxt və büdcə daxilində layihələri idarə etmək
- Təqdimat mərhələsinə, layihə əsasıanmasının və layihə planının hazırlanmasına, həmçinin icrasına, layihənin monitorinqi və bağlanmasına cavabdeh olmaq
- Bankın daxili nizam-intizam və etik davranış normalarına daim riayət etmək
- Təhkim olunmuş əsas vəsait və digər qiymətlilərə görə cavabdehlik daşımaq
- Daim bankın imic və mənafeyini müdafiə etmək
- Bu vəzifə təlimatı ilə nəzərdə tutulan vəzifə və funksiyaların, eləcə də rəhbərinin birbaşa veridyi birdəfəlik göstəriş və tapşırıqların hər-hansı bir səbəbdən vaxtında icra oluna bilməməsi ilə bağlı şöbə menecerinə, department direktoruna vermək
- Vəzifə öhdəliklərinin yerinə yetirilməsi zamanı AR qanunvericiliyinin o cümlədən Mərkəzi Bankın normative xarakterli aktlarına və bankdaxili normative sənədlərin tələblərinə əməl etmək
Tələblər:
- SQL, PL/SQL biliklərinin olması
- Soap, Postman üzrə biliklər
- Texniki tapşırığların standart üzrə yazılması
- Bank işinin kredit və qeyri-kredit tərəfləri barədə məlumat
- Bankın mövcud biznes prosesləri, işin təşkili, prinsipi və əməliyyatların icra olunma ardıcıllığı barədə məlumat
- Microsoft Office, bank və digər xüsusi proqramların istismarı
Biz Sizə nə təklif edirik:
- Öz bilik və bacarıqlarınızı nümayiş və inkişaf etdirmək üçün rahat iş şəraiti
- Performansın illik qiymətləndirməsi və gələcək karyeranızın qurulması üçün geniş imkanlar
- Tibbi sığorta proqramına qoşulma
- Müasir idarəetmə sistemi və mehriban kollektiv
İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq.
Пожалуйста, отправьте свое резюме на электронную почту [email protected] с указанием вакансии в теме
Подать заявку на эту вакансию