Karyerasını “Parlaq bankçılıq”da inkişaf etdirmək istəyən namizədlərimiz üçün hazırda “Brendin İdarəedilməsi departamentinə Kopirayter / Aparıcı kopirayter” vakansiyasını elan edirik.
Siz elektron poçtun “mövzu” yerinə “Kopirayter” qeyd etməklə öz CV-lərinizi [email protected] ünvanına göndərə bilərsiniz.
Struktur: Brendin İdarəedilməsi departamenti
Vəzifə: Kopirayter / Aparıcı kopirayter
Bilavasitə tabeçiliyi: Departament direktoru və / və ya şöbə meneceri
Vəzifə öhdəlikləri:
- Hədəf qrupu və bazarı araşdıraraq kreativ həllər və konseptlərin hazırlanması;
- Bazar trendlərinin, yeniliklərin izlənilməsi və onların işdə tətbiqi;
- Bütün layihələrdə brendin kommunikasiya tərzinə uyğunluğu təmin etmək;
- Daxili və xarici kommunikasiya mətnlərinin tərtib olunması və redaktəsi;
- Görülən layihələrlə bağlı digər struktur bölmələrlə qarşılıqlı əməkdaşlıq aparmaq.
Tələblər:
- Kreativ portfolio;
- Azərbaycan dilində səlis yazı, Rus və İngilis dil bilikləri arzuolunandır;
- Bu sahədə minimum 3 il iş təcrübəsi;
- Fərdi və komandada işləmək bacarığı;
- Dəqiqlik və operativlik;
- “Nə üçün siz?” sualına cavabı 10 sözlə CV-nizin sonuna və ya məktuba qeyd etmək.
Biz Sizə nə təklif edirik:
- Öz bilik və bacarıqlarınızı nümayiş və inkişaf etdirmək üçün rahat iş şəraiti;
- Performansın illik qiymətləndirməsi və gələcək karyeranızın qurulması üçün geniş imkanlar;
- Tibbi sığorta proqramına qoşulma;
- Müasir idarəetmə sistemi və mehriban kollektiv.
İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaqdır.
Пожалуйста, отправьте свое резюме на электронную почту [email protected] с указанием вакансии в теме
Подать заявку на эту вакансию