Korporativ Bankçılıq Departamenti, Korporativ satış şöbəsi, Mütəxəssis / Aparıcı mütəxəssis
Город
BakıКатегория
Mütəxəssis / Aparıcı mütəxəssisKaryerasını “Parlaq bankçılıq”da inkişaf etdirmək istəyən namizədlərimiz üçün hazırda “Korporativ Bankçılıq Departamenti, Korporativ satış şöbəsi, Mütəxəssis / Aparıcı mütəxəssis” vakansiyasını elan edirik.
Struktur: Korporativ Bankçılıq Departamenti
Vəzifə: Mütəxəssis / Aparıcı mütəxəssis
Bilavasitə tabeçiliyi: Departament rəhbəri və / və ya şöbə meneceri
Vəzifə öhdəlikləri:
- Rəhbərlik tərəfindən təyin olunan satış planını icra etmək və bu hədəflərə çatmaq üçün təkliflər vermək, yeni müştərilər cəlb etmək;
- Biznes müştərilərin ehtiyaclarını öyrənmək, bazarda olan prosesləri izləmək, müştəridən gələn informasiyaları toplamaq, təhlil etmək və təkliflər vermək;
- Müştərilərdə yaranacaq sorğu və problemlər zamanı müştərilərə dəstəyin verilməsi;
- Satış sonrası xidmətlə əlaqədar ortaya çıxan problemlərin həll edilməsi;
- Cari müştəri portfelini nəzarətdə saxlamaq və loyallığın artırılması üçün layihələr üzrə təkliflər vermək;
- Biznes müştərilər üçün məhsul və xidmətlər üzrə kommersiya təklifinin hazırlanması;
- Biznes müştərilərlə iş üzrə analitik materialların hazırlanması;
- Mövcud biznes müştərilər üzrə məlumatlar bazasının formalaşdırılmasında, zəruri hesabatların hazırlanmasında iştirak etmək;
- Bankın məhsul xəttinin genişləndirilməsi, məhsul və xidmətlərin həcminin artırılması üçün biznes müştərilərin və onların əsas kontragentlərinin bank xidmətləri üzrə ehtiyaclarının təhlili və öyrənilməsi;
- Bankın məhsul və xidmətlərinin biznes müştərilərə satışının həyata keçirilməsi
Tələblər:
- Ali təhsil
- Bank sahəsində minimum 1 il iş təcrübəsi;
- Satış sahəsində minimum 2 il iş təcrübəsi;
- Azərbaycan dili əla, Rus dili və İngilis dili biliyi arzuolunandır;
- Satış və ünsiyyət qurmaq bacarığı;
- Komandada işləmə bacarığı;
- Riyazi biliklər və problemi həll etmə bacarığı.
Biz Sizə nə təklif edirik:
- Öz bilik və bacarıqlarınızı nümayiş və inkişaf etdirmək üçün rahat iş şəraiti
- Müasir idarəetmə sistemi vəmehriban kollektiv
- Tibbi sığorta proqramına qoşulma
- Müasir idarəetmə sistemi və mehriban kollektiv
Siz elektron poçtun “mövzu” yerinə “Korporativ satış” qeyd etməklə öz CV-lərinizi [email protected] ünvanına göndərə bilərsiniz.
İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaqdır.
Пожалуйста, отправьте свое резюме на электронную почту [email protected] с указанием вакансии в теме
Подать заявку на эту вакансию