Многофункциональное мобильное приложение Yelo

Все вакансии

MXD, Kassa əməliyyatları üzrə Kiçik-kassir əməliyyatçı

Город

Bakı

Karyerasını “Parlaq bankçılıq”da inkişaf etdirmək istəyən namizədlərimiz üçün hazırda  Kassa Əməliyyatları üzrə Kiçik Kassir Əməliyyatçı vakansiyalarını elan edirik. Gələcək karyera imkanlarınızı doğru şəkildə qurmaq istəyirsinizsə, Yelo bank Sizə bu arzunuzu reallasdırmağa dəstək olacaq.  

Vəzifə öhdəlikləri:

  • Müştərilərə xidmət göstərilməsini təmin edir, əməliyyat günü ərzində nağd pulların və digər qiymətlilərin mədaxil və məxaricini təsdiq edir;
  • Cari hesaba mədaxil əməliyyatlarını icra edir;
  • Kredit ödənişləri icra edir;
  • Karta mədaxil əməliyyatlarını  icra edir;
  • Gündəlik nağd manat və valyuta ehtiyyacının müəyyən edilməsində iştirak edir;
  • Nağd pulun inkassasiyasında iştirak edir;
  • Kassada olan pulun, digər qiymətlilər və sənədlərin lazımi qaydada yığılmasında iştirak edir;
  • Valyuta mübadiləsi əməliyyatlarını həyata keçirir;
  • Bankın məzənnəsinə uyğun olaraq kurs tablolarının dəyişdirilməsini həyata keçirir;
  • Kassaya mədaxil edilmiş nağd pulların formalaşdırılması və bağlanması, onların dövriyyə üçün ödəmə qabiliyyətliyinin müəyyən edilməsində iştirak edir;
  • Bankomatların nağd pulla yüklənməsi və boşaldılmasını icra edir;
  • Ödəniş terminalının boşaldılmasında iştirak edir;
  • Kassada olan qiymətlilərin qorunmasına və düzgün istifadəsinə görə cavabdehlik daşıyır;
  • Baş kassairin tapşırığlarını icra edir;
  • Baş kassir işdə olmadığı təqdirdə onun vəzifələrini icra edir;
  • Kassada olan vəsaitlərin həcmi, habelə müştərilər barədə məlumatların sirrinə təminat verir;
  • Gün sonu nağd pulun və qiymətlilərin faktiki qalığının yoxlanılması, kassa hesabatlarının hazırlanması, sənədlərin qovluğlara tikilməsini icra edir;
  • İcrası bitmiş sənədlərin arxivə təhvil üçün tələb olunan qaydada qovluğların formalaşdırılmasında iştirak edir;
  • Bankın daxili nizam-intizam qaydalarına və  etik davranış normalarına daim  riayət edir;  
  • Təhkim olunmuş əsas vəsaitlər və digər qiymətlilərə görə cavabdehlik daşıyır;
  • Daim bankın imic və mənafeyini müdafiə edib qoruyur;
  • Bu Vəzifə təlimatı ilə nəzərdə tutulan vəzifə və funksiyaların, eləcə də rəhbərliyin birbaşa verdiyi birdəfəlik göstəriş və tapşırıqların hər hansı bir səbəbdən vaxtında və tam icra oluna bilməməsi barədə Filial müdirinə / Departamenta məlumat verir.
  • Vəzifə öhdəliklərinin yerinə yetirilməsi zamanı AR qanunvericiliyin, o cümlədən Mərkəzi Bankın normativ xarakterli aktlarına və bankdaxili normativ sənədlərin tələblərinə əməl etmək

Tələblər:

  • Ali təhsil
  • Azərbaycan dili ; Xarici dil bilikləri - Sərbəst rus dili və orta ingilis dili
  • Microsoft office, bank və digər xüsusi proqramların istismarı
  • Yüksək dərəcədə analitiklik qabiliyyət
  • Səmərəli ünsiyyət qurmaq bacarığı
  • Komanda ilə işləmə 
  • İşlərini planlaşdırma bacarığı və məsuliyyət

Biz Sizə nə təklif edirik:

• Öz bilik və bacarıqlarınızı nümayiş və inkişaf etdirmək üçün rahat iş şəraiti;
• Performansın illik qiymətləndirməsi və gələcək karyeranızın qurulması üçün geniş imkanlar;
• Tibbi sığorta proqramına qoşulma imkanı;
• Müasir idarəetmə sistemi və mehriban kollektiv.

Siz elektron poçtun “mövzu” yerinə “Kassa- MXD” qeyd etməklə öz CV-lərinizi [email protected] ünvanına göndərə bilərsiniz.

Готовы присоединиться к нашей команде?

Пожалуйста, отправьте свое резюме на электронную почту [email protected] с указанием вакансии в теме

Подать заявку на эту вакансию
Подать заявку на эту вакансию
Перетащите файл

или загрузите с папки (pdf, doc)

Yelobank мобильное приложение