Kiçik və orta biznes müştəriləri üzrə Kiçik mütəxəssis / Mütəxəsssis / Aparıcı mütəxəssis / Baş mütəxəssis
Город
BakıКатегория
Kiçik və orta biznes kreditlərin satışıKaryerasını “Parlaq bankçılıq”da inkişaf etdirmək istəyən namizədlərimiz üçün hazırda Kiçik və orta biznes müştəriləri üzrə Kiçik mütəxəssis / Mütəxəsssis / Aparıcı mütəxəssis / Baş mütəxəssis vakansiyalarını elan edirik. Gələcək karyera imkanlarınızı doğru şəkildə qurmaq istəyirsinizsə, Yelo bank Sizə bu arzunuzu reallasdırmağa dəstək olacaq.
Vəzifə öhdəlikləri:
• Biznes müştərilərin bankın məhsul və xidmətlərinin xüsusiyyətləri və üstünlükləri barədə məlumatlandırılması;
• Bankın məhsul və xidmətlərinin biznes müştərilərə satışının həyata keçirilməsi;
• Digər bank məhsullarını bilmək və onları öz potensial müştərilərinə tövsiyyə etmək, müştərinin məhsullarla maraqlandığı təqdirdə onu həmin məhsul üzrə məsul mütəxəssisin müvafiq departamentinə müşaiyət etmək;
• Biznesin olduğu yerə məcburi baxış (tələb olunursa) keçirilməklə və maliyyə-təsərrüfat fəaliyyəti qiymətləndirilməklə potensial müştərilərin maliyyə-iqtisadi təhlilinin aparılması;
• Banka həm kredit, həm də qeyri kredit məhsulları üzrə yeni müştəriləri cəlb etmək, fərdi kredit və qeyri-kredit portfelini yaratmaq və onun yüksək keyfiyyətini qoruyub saxlamaq.
Tələblər:
• Azərbaycan dili (Rus və İngilis dilləri arzu olunandır)
• Ali təhsil (İqtisadi və riyazi təhsilə üstünlük veriləcəkdir)
• Bank işi ilə bağlı sertifikatlar arzu olunandır
• Microsoft Office proqramlarından (Word, Excel, PowerPoint) istifadə etmək bacarığı
• Maliyyə və mühasibatlıq hesabatları formaları üzrə biliklər, onları təhlil etmək və kollegial orqanlara təqdim etmək üçün zəruri analitik materialların hazırlanması bacarığı arzu olunandır
Biz Sizə nə təklif edirik:
• Öz bilik və bacarıqlarınızı nümayiş və inkişaf etdirmək üçün rahat iş şəraiti;
• Müasir idarəetmə sistemi, innovativ və mehriban kollektiv;
• Tibbi sığorta proqramına qoşulma;
• Yığım sığortasına qoşulma imkanı.
Siz elektron poçtun “mövzu” yerinə “KOB” qeyd etməklə öz CV-lərinizi [email protected] ünvanına göndərə bilərsiniz.
Пожалуйста, отправьте свое резюме на электронную почту [email protected] с указанием вакансии в теме
Подать заявку на эту вакансию