Многофункциональное мобильное приложение Yelo

Все вакансии

Pərakəndə Məhsulların Satışı departamenti, Qeyri-kredit Məhsullarının satışına dəstək şöbəsi, Menecer

Город

Bakı

Karyerasını “Parlaq bankçılıq”da inkişaf etdirmək istəyən namizədlərimiz üçün hazırda “Pərakəndə Məhsulların Satışı departamenti, Qeyri-kredit Məhsullarının satışına dəstək şöbəsində Menecer” vakansiyasını elan edirik.
Siz elektron poçtun “mövzu” yerinə “QKMS / Menecer” qeyd etməklə öz CV-lərinizi [email protected] ünvanına göndərə bilərsiniz.

 

Struktur: Pərakəndə Məhsulların Satışı departamenti, Qeyri-kredit Məhsullarının satışına dəstək şöbəsi
Vəzifə: Menecer 
Bilavasitə tabeçiliyi: Departament direktoru


Vəzifə öhdəlikləri:

  • Qeyri kredit məhsullarının satışının təşkili;
  • Hədəflərin yerinə yetirilməsinə nəzarət olunması və monitorinqlərin aparılması satışın artırılmasına dair təkliflərin hazırlanması;
  • Satış üsullarının ön ofis əməkdaşlarına çatdırılması;
  • Ön ofis əməkdaşların və şöbə daxili əməkdaşların seçilməsi işə qəbul olunması,yerləşdirilməsi və ya işdən azad olunması onların motivasiya edilməsi qaydalarının hazırlanması;
  • Ön ofis əməkdaşların və şöbə daxili əməkdaşlın müraciətlərin AR qanunvericiliyin, o cümlədən Mərkəzi Bankın normativ xarakterli aktlarına və bankdaxili normativ sənədlərin tələblərinə uyğun cavablandırılması;
  • Qeyri-kredit məhsulları üzrə hesabatların hazırlanması;
  • Kurasiya etdiyi filial əməkdaşların (kassa, əməliyyat, müştəri məsləhətçisi) məzuniyyət və yerdəyişmələrinin planlaşdırılması;
  • Qeyri-kredit məhsullarının inkişafı, satışı və iş prosesinin təşkili üzrə aidiyyatı struktur bölmələrlə əlaqələrin qurulması;
  • Bankın digər struktur bölmələrindən şöbəyə daxil olmuş sorğuların cavablandırılması;
  • Ön ofis üzrə İşə qəbul olunan təcrübəçilərə mentorluq dəstəyinin göstərilməsi.

Tələblər:

  • Ali təhsil;
  • Bankda müvafiq sahə üzrə minimum 5 il iş təcrübəsi;
  • Analitik təhliletmə qabiliyyəti;
  • İşgüzar ünsiyyət qurmaq, komanda tərkibində işləmək və inandırmaq bacarığı;
  • Cavabdeh olduğu sahəyə rəhbərlik etmə bacarığı;
  • Azərbaycan və Rus dillərini mükəmməl səviyyədə bilməsi (İngilis dili arzu olunandır);
  • MS Office proqramlarından sərbəst istifadə bacarığı;
  • Məsuliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi keyfiyyətlərə malik olması.

Biz Sizə nə təklif edirik:

  • Öz bilik və bacarıqlarınızı nümayiş və inkişaf etdirmək üçün rahat iş şəraiti;
  • Performansın illik qiymətləndirməsi və gələcək karyeranızın qurulması üçün geniş imkanlar;
  • Ttibbi sığorta proqramına qoşulma;
  • Müasir idarəetmə sistemi və mehriban kollektiv.

İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq. 

Готовы присоединиться к нашей команде?

Пожалуйста, отправьте свое резюме на электронную почту [email protected] с указанием вакансии в теме

Подать заявку на эту вакансию
Подать заявку на эту вакансию
Перетащите файл

или загрузите с папки (pdf, doc)

Yelobank мобильное приложение