Sədərək filialı, Fiziki şəxslərə xidmər üzrə mütəxəssis/aparıcı mütəxəssis
Город
BakıКатегория
Proqramlaşdırma DepartamentiKaryerasını “Parlaq bankçılıq”da inkişaf etdirmək istəyən namizədlərimiz üçün hazırda “Sədərək filialı üçün Fiziki şəxslərə xidmət üzrə mütəxəssis/aparıcı mütəxəssis” vakansiyasını elan edirik.
Siz elektron poçtun “mövzu” yerinə uyğun olaraq “Universal Sədərək” qeyd etməklə öz CV-lərinizi [email protected] ünvanına göndərə bilərsiniz.
Struktur: Sədərək
Vəzifə: Fiziki şəxslərə xidmər üzrə mütəxəssis / aparıcı mütəxəssis (istehlak kreditləri üzrə ixtisaslaşmış)
Bilavasitə tabeçiliyi: Filial müdiri
Vəzifə öhdəlikləri:
- Bankın Departamentinin təyin etdiyi tarif və şərtlər çərçivəsində kredit məhsulları üzrə xidmətin təşkili;
- Cari tariflər və qaydalar üzrə kənarlaşma təşkil edən sifarişləri baxılması üçün müvafiq komitələrə təqdim edilməsi;
- Xidmət zamanı müştəri məmuniyyətinin qorunmasını təmin edilməsi;
- Bankın kredit məhsulları barədə müştərilərin məlumatlandırılması;
- Müştərilərlə müqavilə və sazişlərin bağlanılması, onların müvafiq hesablarının açılması və qanunvericiliyə uyğun rəsmiləşdirilməsi;
- Keyfiyyətli kredit portfeli formalaşdırılması və portfelin idarə edilməsi;
- Ümumi fəaliyyətə dair hesabatlar hazırlanması;
- Verilmiş kreditlərin monitorinqinin aparılması.
Tələblər:
- Ali təhsil;
- Azərbaycan dilində sərbəst danışıq bacarığı (Rus dilini bilmək arzu olunandır);
- Ünsiyyətcil, təşəbbüskar olmaq;
- Komandada işləmək bacarığı;
- Analitik zəka, müştərilərlə işləmək qabiliyyəti;
- Riyazi hesablama aparmaq qabiliyyəti;
- Stressə davamlılıq;
- Yüksək qavrama, öyrənmə və insanları inandırma qabiliyyəti;
- İşdə dəqiqlik və detallara fikir vermə qabiliyyəti;
- Müştəri yönümlülük
- İpoteka bilikləri arzuolunandır.
Biz Sizə nə təklif edirik:
- Öz bilik və bacarıqlarınızı nümayiş və inkişaf etdirmək üçün rahat iş şəraiti;
- Performansın illik qiymətləndirməsi və gələcək karyeranızın qurulması üçün geniş imkanlar;
- Tibbi sığorta proqramına qoşulma;
- Müasir idarəetmə sistemi və mehriban kollektiv.
Siz elektron poçtun “mövzu” yerinə “Universal Sədərək” qeyd etməklə öz CV-lərinizi [email protected] ünvanına göndərə bilərsiniz.
Пожалуйста, отправьте свое резюме на электронную почту [email protected] с указанием вакансии в теме
Подать заявку на эту вакансию